• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda İran agenti saxlanılıb

Bakıda İran agenti saxlanılıb
21.11.2013 12:11

Çərşənbə axşamı məlum olub ki, Azərbaycanda İran vətəndaşı saxlanılıb. O, İsrail səfirliyinə və onun əməkdaşlarına hücum cəhdində şübhəli bilinir.  Azərbaycanlı detektivlər axtarış zamanı onun üzərindən İsrailin Bakıdakı səfirliyinin personalına hücum planını aşkar ediblər. Bu barədə noyabrın 20-də  http://newsru.co.il İsrail televiziyasının 10-cu  kanalına istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, saxlanılan şəxs İslam İnqilabı Keşikçiləri Korpusunun agentidir. Məlumat dəqiqləşdirilir.

Nəşr xatırladır ki, ötən ay Bakı məhkəməsi İran vətəndaşını 15 il azadlıqdan məhrum edib. O, İsrailin Bakıdakı səfirliyinə qarşı terror aktının hazırlanmasında ittiham olunub.

Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Mühakimə edilmiş Faiz Bəhram Həsən İranın Kəşfiyyat Nazirliyində çalışıb və İsrail səfirliyinə qarşı terror aktının hazırlanması və törədilməsi məqsədilə 2006-cı ildə Bakıya gəlib. Onun ifadələrinə görə, İsrail nümayəndəliyinin qarşısında etiraz aksiyasının hazırlanması, diplomatlara fiziki zərərin  yetirilməsi və binanın partladılması ilə bağlı tapşırıq alıb.  

2013-cü ilin mayında məhkəmə üç nəfər azərbaycanlı vətəndaşın barəsində hökm çıxarıb. Onlar Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi zamanı israillilərə qarşı terror aktının hazırlanmasında təqsirkar olduqlarını etiraf ediblər.  Fariz Bayramov və İbrahim Sadıqov 11 il həbs cəzası alıb. Azər Nəzərov 12 il müddətinə  azadlıqdan məhrum edilib. Onların hər üçü İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq ediblər.  

2012-ci ilin dekabrında iş üzrə Kamal Rəcəbov (14 il həbs cəzası), Rəşad Şahbazov (13,5 il), Rəcəb Abbasov  və Afiq Allahverdiyev (hər biri 12 il) mühakimə olunub.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol