Azərbaycanda körpü qəzalı vəziyyətə düşdü

Bakı-Qazax magistralının 373-cü kilometrliyində, Şəmkir rayonunun Könüllü kəndi ərazisində çayın üzərində olan körpü qəzalı vəziyyətə düşüb.APA-nın yerli bürosunun xəbərinə görə, körpüdə böyük çatlar əmələ gəldiyindən həmin hissədə ağır tonnajlı maşınların hərəkətinə məhdudiyyət qoyulub. Dövlət Yol Polisi İdarəsinin tağım komandiri Xaliq Ələkbərov bildirib ki, bütün aidiyyatı qurumlara vəziyyət barədə məlumat verilib. Qeyd olunub ki, vəziyyətə müdaxilə olunmasa, yaxın iki gün ərzində körpü tamamilə çökə bilər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























