• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk

Azərbaycanda ilk
20.11.2013 23:58
Azərbaycanda ilk dəfə bitki genetik ehtiyatları üzrə informasiya məkanının formalaşdırılmasının əsasları işlənib hazırlanıb və yeni tipli proqram təminatı - informasiya axtarış sistemi yaradılıb. Bu barədə Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Afiq Məmmədov AMEA Rəyasət Heyətində keçirilən AMEA Aqrar Elmlər Bölməsinin (AEB) növbəti yığıncağında məlumat verib.  “Azərbaycanın bitki genetik ehtiyatları (BGE) üzrə informasiya sistemi” mövzusunda məruzə ilə çıxış edən A.Məmmədovun sözlərinə görə, respublikada BGE-nin milli kolleksiyaları inventarlaşdırılıb, bunun əsasında Mərkəzi Məlumat Bazası yaradılıb və Milli İnformasiya Mübadiləsi Mexanizmi qurulub: “Respublikanın 10 rayonunda 200-dən çox fermer təsərrüfatından toplanmış məlumatlar əsasında müasir informasiya texnologiyalarının köməyi ilə nar bitkisinin bioekocoğrafi tədqiqi aparılıb və müəyyən edilib ki, zənginlik indekslərinin göstəriciləri yüksək müxtəlifliyin mövcudluğunu sübut edir”. Yaradılmış informasiya sistemindən səmərəli istifadənin prinsip və qaydalarının işlənib hazırlandığını da söyləyən A.Məmmədov informasiya texnologiyalarının vasitəsilə BGE üzrə milli kolleksiyaların taksonomik tərkibinin öyrənildiyini, məlumat bazasının Azərbaycan florası və regional kolleksiyalarla müqayisədə təhlil edildiyini və tövsiyələrin hazırlandığını nəzərə çatdırıb. Qeyd edək ki, informasiya sisteminin yaradılması ilə bağlı çoxillik tədqiqatlar akademik Cəlal Əliyevin rəhbərliyi ilə həyata keçirilib.İctnews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol