Sabah hava necə olacaq?

Bakı və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 6-9, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında noyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 6 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























