• $
  • €
  • ₽
  • ₺
  • £

Mailə Tağıyeva prokurorluğa getməkdən imtina edib

Mailə Tağıyeva prokurorluğa getməkdən imtina edib
20.11.2013 14:58

Mərhum yazıçı-publisist Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva prokurorluğa getməkdən imtina edib. 

“Media forum” saytına danışan Mailə Tağıyeva bildirib  ki, noyabrın 20-də işi aparan müstəntiq zəng vurub onu prokurorluğa çağırıb: “Müstəntiqdən soruşdum ki, nəyə görə gəlməliyəm? Əgər qatili tapmısızsa, cinayətin üstün açmısızsa gəlim. Mən prezidentə müraciət etmişəm, prezident də çağırsın. Əsəbiləşib dəstəyi yerə qoydum.

15 dəqiqə sonra müstəntiqin köməkçisi Namiq Məmmədov zəng vurub incikliyimin səbəbini başa düşdüyünü bildirdi: “Elə cinayət işi var ki, 4-5 ilə açılır. Şikayətiniz, qətldə şübhələndiyiniz şəxs varsa, vəkiliniz yazsın, baxılması üçün göstəriş veriləcək”.

Namiq Məmmədova bildirdim ki, prokurorluğa ancaq prezident məni qəbul edəndən sonra gələcəm. Mənim gecəm-gündüzüm ağlar keçir, amma qatil azadlıqda gəzir. Hər dəfə məni boş-boş çağırıb eyni ssenariləri təkrar eləyirlər”.

2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanan Rafiq Tağı dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol