• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkildən götürülən telefon Gülər Əhmədovanın imiş

Vəkildən götürülən telefon Gülər Əhmədovanın imiş
20.11.2013 13:18
Sabiq deputat Gülər Əhmədovanın eks-vəkili Raqif Mustafayevin təcridxanaya mobil telefon keçirtməsi ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməkdaşları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Qeyd edək ki, məlumatda həmçinin vurğulanırdı ki, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Dadaşov Emil Rafail oğlunun hüquqlarını müdafiə edən Vəkillər Kollegiyasının 1 saylı hüquq məsləhətxanasının vəkili Mustafayev Rafiq Həmid oğlu onunla görüşə gələrkən əl çantasından “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.AzVision.az vəkil Raqif Mustafayevlə əlaqə saxlayaraq məsələnin mahiyyətini öyrənib.R.Mustafayev üzərində aşkar edilən mobil telefonun eks-deputat Gülər Əhmədovaya məxsus olduğunu bildirib: “Bir neçə ay öncə Sabunçu rayon polis idarəsinin müstəntiqi Fikrət Quliyev mənə bir telefon vermişdi və bildirmişdi ki, Gülər Əhmədovanın işi artıq məhkəməyə gedib, bu telefonu onun ailəsinə çatdır. Mən də telefonu götürüb çantama qoydum. Bu tam yadımdan çıxıb çantada qalıb, məndə onun ailəsi ilə görüşə bilmədim və telefonu çatdıra bilmədim. Həmişə təcridxanaya gedəndə telefonu maşına qoyuram. Dünən vəkilliyini etdiyim başqa bir nəfərlə görüşmək üçün təcridxanaya getmişdim və bu telefonun da məndə qalması tam yadımdan çıxmışdı. Telefon tam 6-7 ay idi ki məndə idi, heç işlək vəziyyətdə də deyildi. Yoxlamadan keçəndə dedilər ki, telefonun varmı, dedim yox maşında qoymuşam. Telefonun çantada olması tam yadımdan çıxmışdı. Çantamı açıb baxanda telefonu gördülər və elə onda yadıma düşdü ki, bu Gülər Əhmədovanın ailəsinə çatdırılmalı idi”,-deyə vəkil bildirib.O mətbuatda bu xəbərin şişirdilməsini başa düşmədiyini deyib: “Mən başa düşmürəm ki, bu niyə belə şişirdilir. Sadəcə yaddaş məsələsi idi. Yəqin Penitensiar Xidmətdə məni istəməyən şəxslər var ki, bu xəbəri mətbuata ötürüblər” –deyə, R. Mustafayev əlavə edib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol