• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış diktor xəstəliyindən danışdı - YENİLƏNİB

Tanınmış diktor xəstəliyindən danışdı - YENİLƏNİB
20.11.2013 12:05

“Xəstəliyimin xaricdə müalicəsi çox bahadır, Almaniyada 120 min manata başa gəlir”

Xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru Rafiq Hüseynovun ağ ciyərində xərçəng aşkarlanıb. Rafiq Hüseynov APA-ya açıqlamasında bildirib ki, səhhətində problemlər bir həftədir başlayıb: “Təəssüf ki, bu xəbəri sizə inkar edə bilmirəm. Diaqnoz dəqiqdir - ağciyər xərçəngi. Akademik Əhliman Əmiraslanov hər şeyi boynuna götürüb, mənə kömək edir. Bu həftə ərzində bilinəcək ki, bədxassəli şişi kəsib götürmək mümkündür, ya yox...”

 

R. Hüseynov müalicənin Bakıda mümkün olub-olmamasına da aydınlıq gətirib: “Əhliman müəllim deyir, əllərindən nə gəlir edəcəklər. Bütün tibbi avadanlıqlar Bakıda var. Xəstəliyin xaricdə müalicəsi çox bahadır. Almaniyada 120 min manata başa gəlir”. 

***

11:40

“Rafiq Hüseynov hazırda öskürəkdən əziyyət çəkir. Çünki şiş bronxlarında da inkişaf edib”.

Bunu Modern.a-a tanınmış diktor, Azərbaycanın xalq artisti Rafiq Hüseynovun Səbinə Hüseynli xanımı həyat yoldaşının xəstələnməsi xəbərini təsdiqləyərkən deyib. 

“Rafiq Hüseynov bir həftədir müayinə olunur. Ona mənəvi dəstək göstərənlər çoxdur. Hazırda Tibb Universitetinin  rektoru Əhliman Əmiraslanovun nəzarəti altındadır”.

Səbinə Hüseynli vurğulayıb ki, tanınmış televiziya diktorunun əməliyyat olunması hələ dəqiqləşməyib. 

“Bunun üçün Əhliman Əmiraslanov bu həftənin cümə günü həkim-cərrahlarla birlikdə konsilium keçirməlidir. O zaman əməliyyat olunub-olunmaması ilə bağlı dəqiq qərar bəlli olacaq. Hələ ki nəticələri gözləyirik”. 

Qeyd edək ki, Azərbaycanın xalq artisti Rafiq Hüseynli ağ ciyər xərçənginə tutulması haqqında  informasiya yayılıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol