• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən çox ölüm gətirən xəstəliklər

Azərbaycanda ən çox ölüm gətirən xəstəliklər
19.11.2013 12:38
Dünya Səhiyyə Təşkilatı (DST) ürək-damar xəstəliklərinin geniş yayılması ilə bağlı xəbərdarlıq edib. DST-nin son açıqlamasına görə, 2030-cu ilədək dünyada ölümün ilk əsas səbəbi olan ürək-damar xəstəliklərindən, xüsusilə ürək xəstəlikləri və insultdan 23,6 milyon insan dünyasını dəyişəcək. Proqnozlara görə, bu xəstəlik ölümün başlıca səbəbi olaraq qalacaq. Bu halların əsas artım faizinin Şərqi Aralıq dənizi regionunda müşahidə ediləcəyi, ölüm hallarının çoxunun isə Cənubi-Şərqi Asiya regionda olacağı gözlənilir. DST-nin proqnozları Azərbaycan üçün də ürəkaçan deyil. Ölkəmizdə də son illər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. DST-nin hesablamalarına görə, bu xəstəlik üzrə ölkəmiz ilk beşlikdə yer alıb.Səhiyyə nazirinin müavini Elsever Ağayev də Modern.az-a açıqlamasında təsdiqləyib ki, Azərbaycanda ən geniş yayılan xəstəlik ürək-damar sistemi xəstəlikləridir. Nazir müavininin sözlərinə görə, qan dövranı xəstəlikləri dünya ölkələri kimi, ölkəmizdə də çoxlarının əziyyət çəkdiyi xəstəliklər sırasına daxildir.Hətta ölüm hallarının sayına görə də ürək-damar xəstəlikləri birinci yerdə dayanır.Sonrakı yeri isə onkoloji xəstəliklər tutur. İqlim dəyişkənliyi, təbii qidalanmama son illər şiş xəstəliklərinin sayını artırıb. Hətta bu xəstəlik cavanlaşmaya doğru gedir. E.Ağayev onu da bildirib ki, son illər tənəffüs yolları xəstəlikləri ilə müraciətlərin də sayında artım var. Onkoloji xəstəliklərdən sonra ən çox yayılan tənəffüs yolları xəstəlikləridir. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol