• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi cəzaların sərtləşdirilməsini istəyir Azərbaycanda

Yol polisi cəzaların sərtləşdirilməsini istəyir Azərbaycanda
19.11.2013 10:43
Bir neçə gün əvvəl hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən Ali Məhkəmənin Plenumunda son illər Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin artmasından ciddi narahatlıq ifadə edildi və bu sahədə qanunverciliyin təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflər verilməsinə dair qərar qəbul edildi.Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bununla bağlı Trend-ə açıqlamasında belə bir qərarın qəbul edilməsinin çox təqdirəlayiq olduğunu bildirib.Onun sözlərinə görə, yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət gücləndirildikdə, bu, həmişə hadisələrin sayının azalmasına da təsir edir: "Əfsuslar olsun ki, bizim hərəkət iştirakçılarımız təbliğat, maarifləndirmə məsələlərinə bir o qədər də diqqət yetirmirlər. Biz nə qədər bu sahədə hərtərəfli iş aparsaq da, görürük ki, inzibati təsirlə müqayisədə bu, o qədər də səmərə vermir. İnzibati təsir güclü olduqda isə, yəni hər hansı bir qayda pozuntusuna, yaxud da inzibati xətaya və ya cinayət hadisəsinə görə məsuliyyət gücləndirildikdə onunla bağlı qayda pozulmalarının da sayı azalır. Qayda pozuntularının sayının azalması qəzaların azalması, bu da öz növbəsində insan itkisinin qarşısının alınması deməkdir".Şöbə rəisi yollarda daş və çınqılların ağırtonnajlı yük maşınları ilə deyil, dəmir yolu ilə daşınmasına dair Nazirlər Kabineti qarşısında qaldırılmış təklifə də münasibət bildirib. Onun fikrincə, istər yüklərin, istərsə də sərnişinlərin daşınması mümkün qədər digər nəqliyyat sahələrinə ötürülsə, yollarda nəqliyyatın intensivliyinin azalmasına gətirib çıxarar: "Yollarda nəqliyyatın intensivliyi nə qədər az olarsa, bu, qəzaların qarşısının alınmasına da bilavasitə təsir göstərəcək. Bundan əlavə, dəmir yolu daha təhlükəsizdir. Tək yüklərin yox, elə sərnişinlərin də dəmir yolu vasitəsilə daşınması daha yaxşı olardı. Çünki təkcə bir avtobus qəzası baş verdikdə, onlarla insan xəsarət alır. Dəmir yolu daşımalarında isə belə hala, demək olar ki, rast gəlinmir".ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol