• $
  • €
  • ₽
  • ₺
  • £

Fərhad Əliyev dərs deyəcək

Fərhad Əliyev dərs deyəcək
19.11.2013 10:27

Sabiq nazir səhhətindəki problemlərlə məşğuldur.

Prezidentin son əfv fərmanı ilə azadlığa çıxan sabiq iqtisadi inkişaf naziri  Fərhad Əliyev hazırda Bakıda səhhətindəki müəyyən problemlərlə əlaqədar müayinə və müalicə olunur. Bu barədə “Yeni Müsavat”a eks-nazirin yaxınlarından biri məlumat verib.

 

F.Əliyevin səhhətində konkret hansı problemlərin olduğu barədə açıqlama verilməsə də, bildirildi ki, 8 illik həbs həyatı onun sağlıq durumunda müəyyən təsirlərini göstərib və hərtərəfli müayinəyə zərurət yaranıb. Xatırladaq ki, həbsdə olduğu müddətdə sabiq nazirin ürək ağrılarından əziyyət çəkdiyi deyilirdi. 

F.Əliyevin bundan sonrakı planları barədə məlumatsız olduqlarını deyən yaxınları onun elmi fəaliyyətlə məşğul olacağı, Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərəcəyi barədə xəbərləri də təəccüblə qarşılayaraq, bu barədə hər hansı bilgiyə malik olmadıqlarını dedilər. 

Xatırladaq ki, mətbuatda yayılan məlumatlarda F. Əliyevin həbs edildikdən sonra əlində qalan biznesinin idarəçiliyi ilə paralel olaraq Dövlət İqtisad Universitetində müəllim kimi çalışacağı iddia olunurdu. Xəbərdə deyilirdi ki, bu barədə artıq eks-nazirin özünə təklif irəli sürülüb və F.Əliyev də bununla razılaşıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol