• $
  • €
  • ₽
  • ₺
  • £

"Yüksək rütbəli rəhbərlərin eyni vertolyota mindirilməsi ağlasığmazdır" - VİDEO

"Yüksək rütbəli rəhbərlərin eyni vertolyota mindirilməsi ağlasığmazdır" - VİDEO
18.11.2013 18:32

20 noyabr vertolyot qəzasının 22-ci il dönümü yaxınlaşır. 22 il bundan əvvəl Qarakənd kəndi yaxınlığında vurulan vertolyotda Azərbaycanın o zamankı iqtidarında olan şəxslərin bir hissəsi həlak oldu. 

Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, prezidentin mətbuat xidmətinin rəhbəri Osman Mirzəyev, baş nazirin muavini Qurban Namazəliyev, Şuşa şəhərinin başçisi Vaqif Cəfərov, Bakının o vaxtkı 26 Bakı Komissarı rayonunun rəhbəri Vəli Məmmədov və telejurnalist Ali Mustafayev bu terror aktının qurbanı oldular. 

Hadisənin səbəbləri bu günədək müəmmalı qalır. Vertolyotun qara qutusu isə əvvəl Moskvaya guya təhqiq edilməyə aparılsa da, sonra ümumiyyətlə, unuduldu. 

Bəs beynəlxalq terrorla mübarizə aparan Amerika Birləşmiş Ştatlarında 1991-ci ilin 20 noyabr terroru barədə nə bilirlər?

Beynəlxalq terrorla mübarizə ABŞ-la Azərbaycan arasında strateji münasibətlərin vacib hissəsidir. 

ANS-in Vaşinqtondakı xüsusi müxbiri Sevinc Osmanqızı 20 noyabr vertolyot faciəsinin 22-ci ildönümü ərəfəsində onu Amerika ictimaiyyətinə tanıtmaq səylərini araşdırıb.

Azərbaycanın özü kimi, 20 noyabr Qarakənd faciəsinin də tanıdılması da Rusiyaya dair biliklərdən keçir. Bölgəyə az bələd olanlar üçün 20 noyabr sovetlərin növbəti divanı, yaxşı tanıyanlar üçünsə məhz elə sovet keçmişi ilə vidalaşmağa can atan Azərbaycanı cəzalandırmaq, müstəqil olmağa qoymamaq, müharibəyə cəlb etmək cəhdi kimi görünür. “Qara Bağ” kitabının müəllifi Tom de Vaal hesab edir ki, təqvimdə 1991-ci ilin 20 noyabrı olmasaydı, Qarabağın, bütövlükdə Azərbaycanın və elə bölgənin də müasir tarixi tamam fərqli olardı. 

“Qara Bağ” kitabının müəllifi Tom de Vaal: “Bu, Qarabağ müharibəsinin ən kədərli tarixlərindən biridir. 20 noyabr nümayiş etdirdi ki, bölgədə sülh istəməyən və sülh təşəbbüsünü darmadağın etmək üçün atəş açmaq, helikopteri vurmaq, insanları öldürməyə hazır olan qüvvələr var. Bu faciə göstərdi ki, bölgədə xırda, yerli maraqlar çox güclüdür. 

ABŞ Konqresinin veteran üzvü Dən Börton isə uzaq 1991-ci ili dünyada kommunist blokunun sürətlə dağılması hərəkatı ilə xatırlayır. Təcrübəli konqresmen ölkənin yüksək rütbəli rəhbərlərinin bir vertolyota mindirilməsini ağlasığmaz hesab edir: "Münaqişəni həll etmək və sülh yaratmağa çalışan adamlar müdafiə olunmalıdırlar, çünki onlar dünyanın sülh elçiləridirlər. Vertolyotun vurulması dəhşətli faciə idi. Mən ümid edirəm ki, biz elə bir vasitəçi tapa biləcəyik ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olsun. Hesab edirəm ki, bunun vaxtı yetişib”. 

Hər hansı barışıq ağ ləkələrin silinməsindən başlanır. Özü də terrordan əziyyət çəkən Amerikada 20 noyabr terroru və onun ağrısı bu gün daha yaxşı başa düşülməlidir. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol