• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəmirdə müəllim arvadını it damında dustaq edib

Kürdəmirdə müəllim arvadını it damında dustaq edib
29.05.2020 03:17
Kürdəmirdə şok hadisə yaşanıb.Rayon mərkəzində yaşayan bir kişi öz həyat yoldaşını cəzalandırmaq üçün onu günlərlə it damına qapayaraq orada yaşamağa məcbur edib.Bu məlumatı virtualaz.org saytına “Təmas” Regional İctimai Birliyinin sədri Südabə Məmmədova verib.Hüquq müdafiəçisi deyib ki, cəzalandırılan qadın tərəfindən rəhbərlik etdiyi quruma şikayət daxil olub: “Qadını sığınacaq evinə yerləşdirmişik. Zərərçəkmişin sözlərinə görə, qapılarındakı itə vaxtında yemək verə bilməyib. Bundan qəzəblənən həyat yoldaşı isə onu döyərək itlə birgə it damında yatmağa məcbur edib”.S.Məmmədova deyib ki, qadın müxtəlif təzyiqlərlə üzləşdiyindən psixoloji sarsıntı və qorxu keçirib: “Qadının sözlərinə görə, qaynının ailəsi ilə eyni evdə yaşayırlar. Qaynı da ona və öz həyat yoldaşına təzyiqlər edib. Ailədə müəyyən qaydalar qoyulub. Gəlin qayınatanı, qayınları çimizdirməlidir. Həyat yoldaşlarının qoyduğu qaydaları pozan gəlinlərə sözün həqiqi mənasında zülm veriblər. Buna görə də qadının durumu hələ də yaxşı deyil. Hazırda o, sığınacaqda yaşayır. Ona yardım etməyin yollarını arayırıq”.Təşkilat rəhbəri qeyd edib ki, qadının həyat yoldaşı Kürdəmirdəki orta məktəblərin birində müəllim işləyir: “Qadın psixoloji və fiziki təzyiqlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək istəmir. Hətta bizdən də hadisəni gizlətməyi xahiş edir.  Getməyə yeri olmadığından ailəsinə geri dönməyə, yenə də bu şəraitdə yaşamağa razıdır. Çünki sığınacaq evindən çıxandan sonra iki azyaşlı övladı ilə küçədə qalmaq məcburiyyətindədir. Qadın evdən qovularkən azyaşlı uşaqlarını ona verməyiblər. Lakin sonradan həyat yoldaşı və qaynı evdə olmayanda uşaqlarını götürə bilib. Amma ata uşaqların sənədlərini vermir. Buna görə də rayon hüquq-mühafizə orqanlarından kömək istəyəcəyik”.S.Məmmədova qadınların məlumatsızlığından da şikayətləndi: “Dəfələrlə belə hadisələrlə rastlaşırıq. Qadın söyülür, döyülür, əlil olur, amma şikayət etməkdən çəkinir. Hətta həyat yoldaşı ilə barışıb yenidən eyni həyatı yaşayır. Çünki bölgələrdə qadınların işlə təminatında ciddi problemlər var. Üstəlik həyat yoldaşından ayrılan qadınlara qarşı münasibət bimənalı deyil”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol