• $
  • €
  • ₽
  • ₺
  • £

Bələdiyyə sədri həbs olundu

Bələdiyyə sədri həbs olundu
18.11.2013 15:47

Azərbaycanda bələdiyyə sədri korrupsiya faktına görə həbs edilib.

Baş prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə,  Kürdəmir rayon sakininin rayonun Qarasaqqal kənd bələdiyyəsinin sədri Yengibar Əhmədovun üzərində evi olduğu torpaq sahəsinin həyat yoldaşının adına rəsmiləşdirilməsi məqsədi ilə ondan pul tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılıb.

 

Araşdırmalar zamanı idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Y.Əhmədov yaşadığı evdə 500 manat məbləğində pulu kənd sakinindən alarkən saxlanılıb.

 

Evə keçirilmiş baxış zamanı həmin vəsait maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.

 

Y.Əhmədovun xidməti vəzifəsinin icrası ilə əlaqədar rüşvət almasında əsaslı şübhələr yarandığından fakta görə Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol