• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın tanınmış televiziya jurnalisti vəfat etdi

Azərbaycanın tanınmış televiziya jurnalisti vəfat etdi
16.11.2013 13:54

Rusdilli telejurnalistika məktəbinin əsasını qoymuş Nina Yarova İsrailin Beer-Şeva şəhərində keçinib

Azərbaycanın tanınmış televiziya jurnalisti vəfat edib. APA xəbər verir ki, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycanda rusdilli telejurnalistika məktəbinin əsasını qoymuş dövlət mükafatı laureatı Nina Yarova İsrailin Beer-Şeva şəhərində vəfat edib.

Qeyd edək ki, 1956-cı ildə Azərbaycan Dövlət Televiziyası fəaliyyətə başlayan gündən orada çalışıb və telekanalda rusdilli verilişin ilk redaktoru olub. Eyni zamanda uzun illər Azərbaycan Dövlət Kinostudiyasında sənədli və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. 1961-ci ildə o vaxt çox da tanınmayan gənc müğənni Müslüm Moqamayev haqqında ilk sənədli film çəkilib.

N.Yarova İsrailə köçdükdən sonra jurnalistika sahəsində fəaliyyətini davam etdirib, İsrail Dövlət Radiokanalının (REKA) müxbiri olub.

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası Nina Yarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol