• $
  • €
  • ₽
  • ₺
  • £

Culfa sərhəd-keçid məntəqəsi də açıldı

Culfa sərhəd-keçid məntəqəsi də açıldı
29.05.2020 08:30

İranla Azərbaycan arasında Culfa sərhəd-keçid məntəqəsi bu gün səhər açılıb. Bu barədə APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın bildirib.

Diplomatın sözlərinə görə hazırda İrana yolana vətəndaşlar üçün heç bir problem yoxdur, həm Culfa həm də Biləsuvar keçid məntəqələri açıqdır, sərnişin avtomobilləri və yük maşınları üçün keçid imkanı yaranıb.

Səfirin sözlərinə görə, İran tərəfindən gömrük işçilərinin sayı artırılmaqla yanaşı, sərhədi keçmə müddəti də uzadılıb ki, tıxac yaranmasın.

Qeyd edək ki, noyabrın 8-də İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır.

 Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

Bir neçə gündən sonra bağlanan sərhəd-keçid məntəqələrdə piyadalar üçün qoyulan məhdudiyyət aradan qaldırılsa da, avtomobillər sərhəddən buraxılmırdı.

 Biləsuvar sərhəd-keçid məntəqəsi isə dünən günortadan sonra açılıb.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol