• $
  • €
  • ₽
  • ₺
  • £

“Metroservis”in rəhbəri: "İyirmi ildir dövlətçiliyə xidmət etmişəm, axırı da belə"

“Metroservis”in rəhbəri: "İyirmi ildir dövlətçiliyə xidmət etmişəm, axırı da belə"
29.05.2020 08:31
“Metroservis” yayım firmasının rəhbəri Bəkir Cəfərov firmanın ləğvinin səbəbinin ona məlum olmadığını bildirdi. O, “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bir günün içində qərar verilərək firma ləğv olunub: “Abunələrimiz vardı, onların yayımını da saxladıq. İndi yazdığımız abunələrin pulunu da geri qaytarmalıyıq. Baş verənlərin səbəbini bilmirəm. Heç bir izahat verilmədi. Dedilər ki, 20 il işləmisiniz, bəsdir, gedin. Fakt odur ki, müəssisə bağlandı, vəssalam”.O, firmaya görə ona kompensasiya ödənilməyəcəyini də söylədi: “Borcları da ödəmək lazımdır”. B.Cəfərov dedi ki, firmanın 60 nəfər işçi var idi və baş verənlər onlarla ailənin işsiz qalması ilə nəticələndi: “İyirmi ildir dövlətçiliyə xidmət etmişəm. İşçilərimin hamısı Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmişə tapşırmışam ki, dövlət qəzetlərini qabağa düzün. Axırı da belə”.Firma rəhbəri bildirdi ki, köşklərin bağlanması ilə bağlı yazılı qərar yoxdur: “Yəqin ki, kiminsə tapşırığı ilə qərar veriblər. Belə məsləhət görüblər, biz nə edə bilərik? Balaca, əmrə tabe olan adamlarıq. Əlimizdən başqa bir şey gəlməz. Qərarı verən adam güc sahibidir”. O, dedi ki, baş verən hadisələrdə bir hikmət var: “Allah böyükdür. Zalımın zülmü varsa, fağırın da allahı var. Qurban bayramı günü, noyabrın 15-də səhər-səhər məni çağırdılar, yalvardım ki, bayramdır, bu gün qəzetləri satışdan yığışdırmayın, heç olmasa, ayın 17-nə qalsın. Axır ki, 20 dəqiqədən sonra razılaşdılar. Qurban bayramında bir neçə qəzetin satışı qadağan edildi, aşura günü də bunu etdilər. Burada allahın hikməti var. Təsisçi Tağı Əhmədovdur, dedi ki, bağlanmalıdır, vəssalam, biz də bağladıq”.Metropoliten rəhbəri Tağı Əhmədov isə suallarımızı cavablandırmaqdan imtina etdi.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol