• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzindəki binalar görkəmini dəyişir

Bakının mərkəzindəki binalar görkəmini dəyişir
29.05.2020 09:05

Səbail rayonunun mərkəzində çoxmərtəbəlı binaların fasadları təmir olunur və üzlənir. 

Səbail RİH-dən ANN.Az-a verilən məlumata görə, hazırda Səbail rayonunun mərkəz hissəsində yerləşən çoxmərtəbəli yaşayış və inzibati binaların fasad və dam örtüklərinin əsaslı təmiri, binaların müasir qaydada üzlənməsi işləri davam edir. Binaların uzun illər əvvəl tikildiyi və onların bir çoxunun tarixi memarlıq abidələri olduğundan hər bir binanın təmirinə xüsusi fikir verilir, işlər müvafiq layihə sənədləri əsasında aparılır. Binaların memarlıq görünüşü saxlanılır, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yeniləşdirilir, möhkəmləndirmə işləri aparılır. Həmin binaların dam örtükləri, eyvanları tam yenilənmiş, yeni oricinal məhəccərlər quraşdırılıb.

Bu işlər çərçivəsində hazırda mərkəz ərazidə Üzeyir Hacıbəyov küçəsində yerləşən   Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin inzibati binası, Neftçilər prospektində 111 və  131 saylı binaların təmir və üzlənməsi aparılır. Həmçinin şəhərin mərkəzində Hökumət evinin arxa hissəsində, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən 16 mərtəbəli yaşayış binalarının da təmir olunaraq üzlənməsi və bura yeni, müasir görkəm verilməsi ilə bağlı işlər davam edir və bu işlərin ilin sonuna kimi başa çatması planlaşdırılıb. Mərkəzi küçələrdəki digər binaların da təmir-möhkəmləndirilməsi işləri aparılacaq.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol