• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirliklərdə kadr islahatları davam edir

Nazirliklərdə kadr islahatları davam edir
29.05.2020 05:44
Kənd Təsərrüfatı Nazirliyində daha iki vəzifəli şəxs işdən çıxıb.Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun Modern.az saytına açıqlamasında bildirib. Nazir bildirib ki, bunlar öz xahişləri ilə işdən çıxmaq haqda ərizə yazan Aparat rəhbəri Tofiq Hüseynov və Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənovdur. “Mən heç kimi işdən kənarlaşdırmamışam. Onlar öz xahişləri ilə ərizə yazıb işdən uzaqlaşdılar”.Qeyd edək ki, Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna gəlişindən az sonra iki nazir müavini – Aslan Aslanov və Bəhram Əliyev prezidentin sərəncamı ilə işdən çıxarılıblar. Heydər Əsədov bildirib ki, nazir müavini vəzifəsinə yeni təyinat gerçəkləşdirmək prezidentin səlahiyyətlərinə aiddir.“Nazirin özünə müavin təyin etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət prezidentə məxsusdur. İki nazir müavini postu hələ ki boşdur. Bir müavinim var, mən də hələlik onunla işləyirəm. Aparatın rəhbəri öz xahişi ilə işdən gedib. Burada digər qurumların rəhbərləri yerindədir. Onlarla işləyirəm”-deyə Heydər Əsədov qeyd edib.Heydər Əsədov bu il oktyabrın 22-də formalaşdırılan yeni hökumətdə kənd təsərrüfatı naziri təyin edilib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol