• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: "Bəzi qəzetlər öz fəaliyyətlərində dönüş yaratmalıdır"

Əli Həsənov: "Bəzi qəzetlər öz fəaliyyətlərində dönüş yaratmalıdır"
29.05.2020 02:35
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azadlıq" və "Yeni Müsavat" qəzetləri ilə bağlı irəli sürülən iddialara münasibət bildirib.Şöbə müdiri Trend-ə açıqlamasında deyib ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət cəmiyyətdə demokratik dəyərlərin, o cümlədən söz və məlumat azadlığının, liberal media mühitinin inkişafına xidmət edir və öz ardıcıllığı, prinsipiallığı ilə seçilir: "Azərbaycan dövləti uzun illərdir ki, heç bir fərq qoymadan kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının inkişafına hərtərəfli dəstək göstərir. Son 5 ildə isə bu dəstək daha sistemli xarakter almış, yardımların həcmi böyümüş, eyni zamanda jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi üçün silsilə tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Buna görə də hakimiyyətin guya müstəqil medianı sıradan çıxarmaq niyyətində olması ilə bağlı irəli sürülən iddialar tam əsassızdır və heç bir tənqidə dözmür".Əli Həsənovun sözlərinə görə, hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da ictimai tələbat media orqanlarının reytinqini formalaşdıran əsas amildir:"Vətəndaşlar məlumat almaq üçün daha çox obyektiv və operativ informasiya daşıyıcısı olan, eyni zamanda, tərəfsiz, davranış qaydalara riayət edən, ayrı-ayrı marginallaşmış siyasi qrupların, biznes subyektlərinin, müxtəlif xarici dairələrin maraqlarına deyil, bütövlükdə cəmiyyətin mənafeyinə xidmət edən kütləvi informasiya vasitələrinə üstünlük verirlər. Artıq yanlış və qərəzli informasiyalarla, reallıqdan uzaq mülahizələrlə cəmiyyəti çaşdırmaq istəyən, qalmaqal yaratmaqla tirajlarını artırmağa cəhd göstərən, təhqir və böhtanın adiləşdiyi media orqanları ictimai tələbat subyektləri kimi öz funksionallığını, oxucu auditoriyasını itirməkdədirlər. Təəssüf ki, bəzi müxalifət qəzetləri düşdükləri vəziyyətdən düzgün çıxış yolu tapmaq əvəzinə, diqqəti problemin mahiyyətindən yayındırmağa və məsələni siyasiləşdirməyə çalışırlar. Onların bu yolla öz maddi durumlarını düzəltmək cəhdləri hətta qısamüddətli perspektiv baxımından səmərəli hesab oluna bilməz. Yeganə çıxış yolu mövcud vəziyyəti ayıq başla, obyektiv şəkildə təhlil etmək və öz fəaliyyətlərində dönüş yaratmaqdan keçir".ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol