• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda oğul atasının gözlərini çıxardı - ŞOK!

Bakıda oğul atasının gözlərini çıxardı - ŞOK!
29.05.2020 08:55

Zərərçəkən İmran Hüseynov xəstəxanının reanimasiya şöbəsinə yerləşdirilib

Bakının Nəsimi rayonunda tükürpədici hadisə baş verib. Oğul yaşlı atasının gözlərini çıxardaraq onu həyat işığından məhrum edib. Hadisə rayonun Hüseynbala Əliyev küçəsi 5, mənzil 97 üvanında baş verib. Hadisəyə səbəb tərəflər arasında yarana mübahisə olub. 44 yaşlı İlqar Hüseynov mübahisə zəmnində 68 yaşlı atası İmran Hüseynovun gözünü çıxarıb. Yaşlı kişi dərhal Zərifə Əliyeva adına göz xəstəxanasına çatdırılıb.

Məlumata görə, Hüseynovlar ailəsi hadisə ilə bağlı şikayətçi olmadığından faktı polislərdən gizlətməyə çalışıblar. Bundan xəbər tutan Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gəliblər. Ailə üzvləri yaşlı kişinin ehtiyatsızlıq səbəbindən özü-özünə xəsarət yetirdiyini bildirsələr də, polisləri buna inandırmaq mümkün olmayıb. 

Zərərçəkən İmran Hüseynov isə xəstəxanının reanimasiya şöbəsində olduğundan polislər hələ ki, onun ifadəsini ala bilməyiblər. 

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində başlanan araşdırmalar davam etdirilir. Araşdırmalardan sonra isə atasının gözlərinə əl uzatdığı iddia edilən İlqar Hüseynovun etdiyi əmələ hüquqi qiymət veriləcək. 

Nəsimi rayon polis idarəsindən verilən məlumata görə isə, hadisəni törətməkdə şübhəli bilinən İlqar Hüseynov narkotik maddələr aludəçisidir və onun atası ilə məhz bu səbəbdən mübahisə etdiyi ehtimal olunur.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol