• $
  • €
  • ₽
  • ₺
  • £

Abel Məhərrəmov: “Altay Göyüşov işə gəlmirdi...”

Abel Məhərrəmov: “Altay Göyüşov işə gəlmirdi...”
13.11.2013 16:12

"Altay Göyüşov Bakı Dövlət Universitetinin dosentidir. Biz onu uzun müddət ABŞ-a elmi ezamiyyətə göndərdik. Gələrkən düşünürdük ki, biz ondan səmərəli istifadə edəcəyik. Həm müəllim kimi yenidən bərpa etdik, həm də ona islam araşdırma mərkəzində aparıcı elmi işçi vəzifəsi verdik. Bu mərkəzdə artıq bir neçə ildir işləməsinə baxmayaraq, heç bir layihə həyata keçirməyib, hətta işə də getməyib”.Lent.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O, BDU-nun müəllimi Altay Göyüşovun universitetdən xaric edilməsinə ilə bağlı xəbərlərə münasibət bildirib.Rektorun sözlərinə görə, A.Göyüşova dosent və elmi işçi kimi əlavə maaş da veriblər ki, BDU üçün islam araşdırma mərkəzində islamşünaslığı araşdırmaq üçün layihələr hazırlasın, ancaq nə layihə əldə edilib, nə araşdırma aparılıb, nə də hansısa qrup bu məsələ ilə bağlı iş görüb: "Biz hiss etdik ki, Altay müəllim ABŞ-da həddən artıq demokratik düşüncə formalaşdırıb. Yəni aylarla işə getməmək, layihə işləməmək olar. Ona görə də biz onun işə gəlmədiyini nəzərə alaraq, dosent kimi yox, islam araşdırma mərkəzində tutduğu vəzifə ilə bağlı məsələsini müzakirə etməyə qərar verdik. Təsəvvür edin, ortada heç bir şey yoxdur və sən pul da alırsan”.A.Məhərrəmov bildirib ki, A.Göyüşov hələ də universitetdə müəllim kimi qalmaqda davam edir. Ancaq hazırda onun müəllim kimi fəaliyyəti də araşdırılır: "Biz ona çox böyük etimad göstərirdik. Məndə olan məlumata görə, onun meyli Amerikaya qayıtmaqdır. Buna görə də işinə də səhlənkar yanaşır. Hələlik müəllim kimi onun haqqında heç bir qərar yoxdur. Ancaq bir neçə vaxtdır onun məsələsi müzakirə olunur. Biz onu ABŞ-a göndərdik ki, gəlsin, universitetdə ingiliscə dərs desin. Mən rektor kimi düşünürəm ki, Altay Göyüşov uzun müddət dərsə gəlmədiyi üçün müəllim kimi işdən çıxarılmalıdır. Ancaq hazırda onunla bağlı heç bir əmr yoxdur”.Rektor deyib ki, əgər A.Göyüşov ölkəsinə bağlıdırsa, milli təəssübkeşliyi varsa, o, BDU-da işləməyə davam edəcək, əks təqdirdə isə xaric ediləcək: "Amerikaya gedəndən sonra milli təəssübkeşliyi də yaddan çıxıb. Ancaq bir adam ki, bir il işə gəlmirsə, biz bu barədə düşünməliyik”.A.Məhərrəmov bəyan edib ki, A.Göyüşovun universitetdən xaric edilməsi ilə bağlı məsələnin onun siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur: "Mən belə düşünürəm ki, o, məqsədli şəkildə bu cür spekuliyasiyalar yayır ki, sabah ABŞ-a ailəsinin yanına getmək üçün müəyyən dairələrə müraciət edə bilsin”.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol