Sabah hava necə olacaq?

Sabah Azərbaycan ərazisində mülayim hava şəraiti müşahiə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANN.Az-a verilən məlumata görə, noyabrın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, gün ərzində, əsasən, yağmursuz keçəcəyi, axşam isə buludluğunun artacağı gözlənilir.Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 9-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında noyabrın 14-də hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin olacaq. Bəzi cənub və şərq rayonlarında, əsasən, Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 16-21, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























