• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Aşuradır

Sabah Aşuradır
13.11.2013 12:10
Bu il Aşura günü noyabrın 14-də qeyd ediləcək. Aşura və ya Kərbəla olayları İslam tarixində baş vermiş ən hüznlü hadisələrdən biridir.
Hicrətin 61-ci ilinin Məhərrəm ayının ilk günlərində İmam Hüseyn (ə) və tərəfdarları Kərbəla çölündə xəlifə Yezidin ordusu tərəfindən mühasirəyə alınır.
 
İmam Hüseyndən (ə) xəlifə Yezidə beyət etməsini (hakimiyyətini qəbul etməsini) tələb edirlər. Rədd cavabı aldıqdan sonra Hüseyn (ə) və tərəfdarları təslim olmağa məcbur etmək üçün Şam qoşunları suyun qarşısını kəsirlər. Ancaq ölüm təhlükəsi, dözülməz istilər və şiddətli susuzluq Hüseyn (ə) və tərəfdarlarını sındıra bilmir. Nəhayət, Məhərrəm ayının 10-da (ərəbcə "əşərə”, Aşura) bəzi mənbələrə görə 4, başqa mənbələrə görə, 30 min nəfərlik xilafət ordusu son 3 günü susuz mühasirədə qalan İmam Hüseyn (ə) və 72 nəfər tərəfdarına hücum edir. Günortaya qədər Şam ordusu Həzrət Hüseyn (ə) başda olmaqla, bütün tərəfdarlarını (İmam Hüseynin (ə) ortancıl oğlu, həmin vaxt ağır xəstə olan Əli ibn Hüseyndən başqa bütün kişiləri) qətlə yetirir. Şəhidlərin başları nizələrə taxılaraq sağ saxlanılan qadın və qızlarla birlikdə əsir kimi, əvvəlcə Kufə şəhərinə, daha sonra yol üstündə bütün şəhərlərdə nümayiş oluna-oluna Xilafətin paytaxtı Dəməşqə aparılır...
Hər il olduğu kimi, bu il də Azərbaycanda Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək. Artıq bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ölkə üzrə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb:
1. Yasamal rayonu - Təzə Pir məscidi
2. Yasamal rayonu - Hacı Soltanəli məscidi
3. Səbail rayonu - Bibiheybət ziyarətgah məscidi
4. Səbail rayonu - İçərişəhər Cümə məscidi
5. Suraxanı rayonu - Qaraçuxur məscidi
6. Xəzər rayonu - Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayonu - Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhəri - Cümə məscidi
9. Gəncə şəhəri - İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhəri - Heydər məscidi
11. Şəki şəhəri - Cümə məscidi
12. Lənkəran şəhəri - Böyük bazar məscidi
13. Bərdə şəhəri - Cümə məscidi
14. Nəsimi rayonu - Hacı Əjdərbəy məscidi.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol