• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada azərbaycanlılar saxlanıldı

Moskvada azərbaycanlılar saxlanıldı
28.10.2013 15:59

Moskva şəhərinin ən böyük ticarət mərkəzlərindən biri olan "Sadovod”da Rusiya xüsusi təyinatlı polisi əməliyyat keçirib.Səhər saatlarında keçirilən əməliyyat zamanı xeyli sayda miqrant saxlanılıb.Moskva Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, saxlanılan miqrantlar arasında Azərbaycan vətəndaşları da var. Saxlanılan bütün miqrantlar yaxınlıqdakı polis bölmələrinə aparılıblar. Onların sənədləri və hər hansı cinayətdə iştirak edib-etmədikləri yoxlanılacaq. İdarədən o da bildirilib ki, "OMON”un keçirdiyi reyd paytaxt bazarlarının kriminaldan təmizlənməsi çərçivəsində həyata keçirilir. Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı xüsusi nümayəndəsi, polkovnik Eldar Səmədov isə APA-ya açıqlamasında deyib ki, "OMON”un keçirdiyi reyd Azərbaycan vətəndaşlarına qarşı yönəlməyib və bütün miqrantlar yoxlanılır: "Kimin sənədi qaydasında deyilsə, onun barəsində tədbir görülür. Miqrantların hansısa cinayətdə iştirak edib-etmədikləri də araşdırılır”. Qeyd edək ki, "Sadovod” Ticarət Mərkəzi Azərbaycanın Quba rayonunda doğulmuş dağ yəhudisi Qod Nisanova məxsusdur. Bu ticarət mərkəzində xeyli sayda azərbaycanlı çalışır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol