• $
  • €
  • ₽
  • ₺
  • £

Çürüyüb ölən əsgərin həkimi həbs edildi

Çürüyüb ölən əsgərin həkimi həbs edildi
29.05.2020 10:58

Azərbaycan Silahlı Qüvvələri Baş Klinik Hospitalının tibb xidməti polkovnik-leytenantı Vasif Adıgözəlov həbs edilib.APA-nın məlumatına görə, V. Adıgözəlov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun 500 manat məbləğində cərimə olunması barədə də qərar qəbul edib. Həmin hökmdən narazı qalan V. Adıgözəlov isə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hazırda Bakı Apellyasiya Məhkəməsində V. Adıgözəlovun şikayətinə baxılır. Qeyd edək ki, ötən il sentyabrın 29-da vəfat edən əsgər Eldar Novruzovun valideynləri KİV-ə açıqlamalarında övladlarına həkim Vasif Adıgzəlov tərəfindən səhv diaqnoz qoyulduğu üçün vəfat etdiyini bildirmişdilər. Bundan sonra Respublika Hərbi Prokurorluğunda əsgərin ölümü ilə bağlı araşdırmalara başlanılıb. Lakin V. Adıgözəlov həmin ittihamları qəbul etməyib. Onu da qeyd edək ki, Sumqayıt Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü Eldar Novruzov Mingəçevirdə “N” saylı hərbi hissədə xidmət edib. Burnunda aparılan əməliyyatdan sonra vəziyyəti ağırlaşan E. Novruzov sentyabrın 29-da Gülhanə Tibb Akademiyasına aparılarkən yolda dünyasını dəyişib. V. Adıgözəlov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 341.1-ci (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi) və 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddələri ilə ittiham edilib. 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol