• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Avropa Gənclər Forumunda təmsil olundu

Azərbaycan Avropa Gənclər Forumunda təmsil olundu
26.11.2014 14:44
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ( ARGTMŞ) sədri Şahin Seyidzadə və beynəlxalq əlaqələr üzrə katibi Leyla İsrafilova Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumun Baş Assambleyasında iştirak edib. Baş Assambleyada Avropa Gənclər Forumunda təmsil olunan 99 Gənclər Milli Şuraları və beynəlxalq Gənclər təşkilatlarının 300-ə yaxın nümayəndəsi iştirak edib.Assambleya zamanı Avropa Gənclər Forumunun 2014-cü il üzrə fəaliyyət və maliyyə hesabatına baxılıb. Təşkilatın prezidenti, vitse prezidenti və idarə heyətinin seçkiləri keçirilib. Səsvermə əsasında Finlandiya Gənclər Milli Şurasının sədri Johanna Nyman Avropa Gənclər Forumun yeni prezidenti seçilib. Daha sonra Forumun 2015-2016-ci illər üzrə fəaliyyət və maliyyə planı qəbul olunub.Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Forumu Avropa ölkələrinin Gənclər Milli Şuraları və beynəlxalq təşkilatlardan ibarət 99 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir, onların maraqlarını təmsil edir. ARGTMŞ 1997-ci ildən Forumun tamhüquqlu üzvü və Azərbaycanı Forumda rəsmi olaraq təmsil etmək hüququna malik yeganə təşkilatdır. 2014-cü ilin avqust ayında ARGTMŞ-nın beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin nəticəsi olaraq forumun idarə heyətinin cari il üzrə sonuncu iclası Azərbaycanda keçirilib. Həmçinin, Avropa Gənclər Forumun 2015-ci il üzrə Baş Assambleyasının ARGTMŞ-nın təşkilatçılığı, Forumun üzvü olan beynəlxalq gənclər təşkilatları və 47 ölkənin Gənclər Milli Şuralarının 300-ə yaxın nümayəndəsinin iştirakı ilə Azərbaycanda keçirilməsi planlaşdırılır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol