• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bəzi mənzillər qışda istiliksiz qala bilər… - Müxbir araşdırması

Bakıda bəzi mənzillər qışda istiliksiz qala bilər… - Müxbir araşdırması
26.11.2014 16:55
Noyabrın 15-dən etibarən ölkədə mərkəzi istilik sistemi ilə təchiz edilmiş binaların isidilmə mövsümünə start verildi. Amma belə evlərin bəzi mənzillərinə istilik hələ də gedib çatmayıb.

Nərimanov küçəsi, ev N5-də (keçmiş Sovetski küçəsi) istilik yoxdur. Batareyalar qızmır, çünki məhəllənin mərkəzindəki qazanxanada qurulmuş altı qızdırıcı aparat-kombidən yalnız biri işləyir. Vətəndaşlar mənzillərini elektrik sobalarıyla qızdırmağa və elektrik enerjisinə böyük məbləğdə xərc çəkməyə məcburdurlar. Elə bu səbəbdən də bu evin sakinləri  noyabrın 15-dən indiyə kimi heç bir istilik verilmədiyinə görə, Səhmdar "Azəristiliktəchizat" Səhmdar Cəmiyyətinə pul ödəməyəcəklərini deyirlər.ANN.Az-ın müxbiri 5 saylı evin həyətində olub və 14-cü MİS-in 1 nömrəli  qazanxanasının işçisiylə söhbətləşib. Onun sözlərinə görə, beş aparat-kombi sıradan çıxıb və sökülərək təmirə göndərilib. Artıq ikinci həftədir ki, "Azəristiliktəchizat"da hər gün, kombini təmir etməyə və onları qazanxanada quraşdırmağa söz verirlər. Yalnız bundan sonra mənzillərin normal isidilməsi mümkündür. Amma artıq ikinci həftə başa çatır, aparatlardan isə səs-soraq yoxdur.İşçi süpürgəylə qazanxananın ətrafındakı payız yarpaqlarını təmizləyir  və narazılıq edirdi ki, mənzillərə istilik vermək əvəzinə həyətin təmizlənməsiylə məşğuldur. "Xəbərdarlıq etdilər ki, yoxlama gələcək. Əgər qazanxana işləmirsə, nəyi yoxlayacaqlar?".Həmin qazanxananın keçmiş işçisinin sözlərinə görə, bu aparatlar xarab olmaya bilməzdi, çünki onları su kəmərinə birləşdirərkən çirkli borulardan bahalı idxal aparatlarına qumlu daşlar və palçıq düşdü. "Kombi işləyərkən, onun içində fırlanan daşların gurultusu eşidilirdi. Məgər kombi bu halda normal işləyə bilərmi?", - keçmiş işçi təəccübünü gizlətmir.Daha bir təəccüblü məsələ  odur ki, "Azəristiliktəchizat" Səhmdar Cəmiyyətinin rəhbərliyi yay ayları ərzində onlara etibar edilmiş bahalı idxal qurğularının qeydinə qalmayıb. Qazanxananın işini yoxlamaq və avadanlığı təmir etmək üçün onların kifayət qədər vaxtları olub.  Hələ onu demirəm ki, əgər yeni sistem işləmirsə deməli, kimsə bunun üçün cavab verməli deyilmi?  Bu suallara cavab vermək əvəzinə, vaxtlı-vaxtında və keyfiyyətlə görülmüş işin əvəzinə "Azəristiliktəchizat" Səhmdar Cəmiyyətinin rəsmi saytı, öz görüntü xarakterli fəaliyyəti haqqında özünü reklam etdirən  reportajlar göstərir, redaksiyadan edilən zənglərə isə Səhmdar Cəmiyyətinin personalı aydın cavab verə bilmir. Kamal ƏliANN.Az 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol