• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatdan televiziyalara - SƏRT İTTİHAMLAR

Deputatdan televiziyalara - SƏRT İTTİHAMLAR
29.05.2020 03:03

 “İndi elə dövrdür ki, televiziya istənilən xalqı istədiyi şəklə sala bilir. Televiziyalarımızda bəzi yersiz, düşük şou proqramlarının olması, törədilən cinayətlər haqqında məlumatların verilməsi və s. ziyanlıdır”.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı  millət vəkili, professor Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sanki insanın insanı öldürməsindən, oğurluqdan başqa bir iş yoxdur. “Axı, bu ölkə tamamilə yenidən  tikilir, qurulur, insanların həyat şəraiti yaxşılaşır, bir zamanlar insanların atla getdiyi kəndlərə asfalt yollar, qaz və su olmayan kəndlərə qaz və su boru kəmərləri çəkilir. Qocalar evinə baş çəkilir, qonşu qonşuya kömək əlini uzadır. Televiziya proqramları sanki adamlarımızı bir-birindən yadlaşdırmağa, cəmiyyəti parçalamağa yönəlmiş bir siyasəti yerinə yetirirlər. Televiziya proqramları aparıcılarının bəzilərinin səviyyəsi çox aşağıdır. Dövlətimizin bütövlüyünə və milli birliyimizə xələl gətirən ifadələri nə qədər istəsəniz aparıcıların nitqində eşidə bilərsiniz. İndi yerindən duran müğənni olmaq istəyir. Başa düşürəm, insanın istəyi normal bir şeydir, istəyi qadağan etmək olmaz. Fikrimcə, ölkəmizdə KİV-lər haqqında qanunlar daha mükəmməl işləməlidir. Nə qədər maliyyə yükü daşısa, kadr, efiri doldurmaq çətinliyi olsa da, ölkəmizdə uşaq televiziyası yaradılması üçün ciddi səylər edilməli, lazımi işlər görülməlidir. Evdə azyaşlı uşaqların cizgi filmlərini seyr etdikdən sonrakı  davranışlarını bir müşahidə edin. Rusiya telekanallarında gedən filmlərə,  məsələn,“Maşa və Ayı”nı seyr edənlər ona, Türkiyə telekanallarında  “Pepe” ya baxanlar isə buna bənzəmək istəyirlər, eyni hərəkətləri edirlər. Bizim uşaqlarımız niyə görə ona-buna bənzəməyə çalışmalıdırlar?”.Millət vəkili Azərbaycanda uşaq televiziyasının vacibliyini də qeyd edib: “Uşaq tv olarsa, balacalar təkcə böyüklərdən deyil, eyni zamanda kanaldan davranış, oturub-durmaq, yemək  qaydalarını,  böyüyə hörməti, kiçiyə qayğını, torpaq, vətən sevgisini, milli adət-ənənələrimizi və s. məsələləri daha yaxşı öyrənərlər, bacarıqlarını inkişaf etdirərlər. Ölkədə Uşaq TV-nin indiyədək olmamasını ziyanlı hesab edirəm. Belə bir TV-nin yaradılmasını strateji əhəmiyyətli bir məsələ sayıram”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol