• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər cəbhədə jurnalistləri atəşə tutdu - FOTOLAR

Ermənilər cəbhədə jurnalistləri atəşə tutdu - FOTOLAR
27.11.2014 15:50

Finlandiya Dövlət Teleradio Şirkətinin (YLE) əməkdaşları Vesa Toiyonen və İvar Heinmaa bir neçə gündür ki, respublikamızda yaradıcılıq ezamiyyətindədirlər. Onlar Azərbaycan haqqında yeni sənədli televiziya filiminin çəkilişləri ilə əlaqədar cəbhə bölgələrinə səfər edib, müharibə nəticəsində dağıdılaraq viran qalmış yaşayış məntəqələrini öz gözləri ilə görüb, yerli əhali, qaçqınlar və hərbçilərlə görüşüblər.

Suriya, Əfqanıstan, İraq, Çeçenistan, Ukrayna və dünyanın digər qaynar ölkələri barədə bir çox filmin müəllifləri olan finlandiyalı qonaqlar qeyd ediblər ki, onlar 1990-cı illərdən başlayaraq mütəmadi olaraq ölkəmizə gəlir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər.Əgər əvvəlki filmlərdə neft-qaz məsələlərinə, qaçqınların problemlərinə geniş yer vermişdilərsə, növbəti filmdə onlar cəbhə bölgələrindəki reallıqları dünya ictimaiyyətinə çatdırmağı qarşılarına məqsəd qoyublar. Tərtər rayonunun Qapanlı kəndində 25 yaşlı oğul itirmiş Almaz ananın göz yaşları, hər gün atəş altında yaşamalarına baxmayaraq doğma ocağını tərk etməyəcəyini inamla bildirən Xuraman Qədir qızının fədakarlığı, Laçın qaçqınlarının vətən həsrəti və döyüş növbəsi aparan əsgər və zabitlərin vətənpərvərlik ruhu, ayıq-sayıqlığı yeni filmin yaradıcılarını təsirləndirmişdir. Kənd qəbirstanlığında şəhid Elməddin Cəfər oğlunun məzarı yaxınlığında çəkilişlər aparılarkən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulduğunun şahidi olublar.Film üçün müsahibə zamanı polkovnik Abdulla Qurbani ermənilərin Azərbaycana qarşı torpaq iddialarının tarixindən, beynəlxalq terrorizmdə erməni terrorizminin yerindən ətraflı məlumat vermiş, son vaxtlar Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv olaraq pozulduğunu, düşmənin təxribat xarakterli hərəkətlərə tez-tez yol verdiyini, cəbhəboyu bölgələrdə yaşayan əhalinin ciddi ziyan çəkdiyini vurğulayıb. Çəkiliş üçün hərtərəfli şərait yaradıldığına görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirən Finlandiya Dövlət Teleradio Şirkətinin (YLE) Beynəlxalq sənədli filmlər proqramının rəhbəri Vesa Toiyonen və kinooperator İvar Heinmaa Azərbaycana növbəti səfərləri zamanı erməni işğalından azad ediləcək torpaqlarda çəkilişlər aparmaq arzusu ilə cəbhə bölgələrindən xoş təsuratlarla ayrılmışlar.Qonaqları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı Gülnarə Əskərova müşaiyyət edib. //azvision.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol