• $
  • €
  • ₽
  • ₺
  • £

Yollarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

Yollarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı
28.11.2014 14:39

Bakının bəzi yollarında sürət həddi əvvəlki vəziyyətə qaytarıldı.

ANN.Az Trend-ə istinadən xəbər verir ki,  bu haqda məlumatı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.Qeyd edək ki, dünən Bakının meteoroloji şəraiti nəzərə alınmaqla paytaxtın bəzi yollarında sürət həddi dəyişdirilmişdi.Belə ki, paytaxtda dumanlı, çiskinli və yağmurlu hava şəraitinin hökm sürdüyünü nəzərə alaraq, yollarda təhlükəsizliyin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Böyük Şor dairəsinə, yəni metronun "Koroğlu" stansiyasının yaxınlığına qədər olan hissəsində, eləcə də Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki beton yolda avtomobillərin hərəkət sürətini göstərən elektron tabloların göstəricilərində dəyişikliklər edilib.Elektron tablolarda zolaqlar üzrə göstərilən bütün sürət hədləri 20 km/saat azaldılmışdı. Belə ki, adıçəkilən yollarda tablolarda göstərilən zolaqlar üzrə 120 km/saat sürət həddi 100 km/s-a, 100km/s 80 km/s-a, 80 km/s isə 60 km/s-a endirilmişdi.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol