• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov Avropa Parlamentinin prezidentini sərt tənqid etdi

Oqtay Əsədov Avropa Parlamentinin prezidentini sərt tənqid etdi
28.11.2014 12:48
“Parlament sədri kimi Avropa Parlamentinin prezidenti Martin Şultsa yazdım, lakin cavab gəlmədi. Onların siyasi mədəniyyətləri yoxdur. Azərbaycanda baş verən hadisələrə dərhal münasibət bildirirlər. Onlar ilk əvvəl öz daxilərində baş verənlərə baxsınlar. Mandatları çərçivəsində Avropa İttifaqının daxilindəki dövlətlərə baxsınlar. Orda olan antisemitizmə, diskriminasiyaya, miqrantlara olan münasibətə baxsınlar. Eyni zamanda başqa ölkələrdə polislərin qəddarlığına baxsınlar. Onların başqa işləri gücləri yoxdur? Deməli, Avropada bir neçə müsəlman ölkələri var, bütün diqqətlərini onlara qarşı yönəldib şərləmə işləri ilə məşğuldurlar”.ANN.Az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin (AP) prezidenti Martin Şultsun AP-nin 26 noyabrda Strasburqda keçirilmiş plenar iclasında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirləri şərh edərkən deyib.O.Əsədov bildirib ki, onlar açıq yalan danışmaqla məşğuldurlar: “Guya Şults müraciət edib ki, parlament nümayəndə heyəti Leyla Yunus məsələsi ilə bağlı Azərbaycana gəlsin. Bu, tam yalandır. Çünki nə Milli Məclisə, nə də Azərbaycan hökumətinə heç bir müraciət ünvanlanmayıb. Bildiyimizə görə hətta heç bir qrup tərtib edə bilməyiblər. Mötəbər tədbirdə belə bir ağ yalan demək heç bir siyasi xadimə nə hörmət gətirmir. Ona görə də diqqətə çatdırmalıyam ki, necə münasibət görürüksə elə də münasibət göstəririk. Soyuq münasibətə elə də cavab verməliyik. Biz hər dəfə çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələri yüksək səviyyədə quraq, ikitərəfli əməkdaşlıq təşkilatımız var. Deputatlarımız da Avropaya tam heyətdə gedirlər. Onlardan isə 2-3 nəfər toplantılara qatılırlar. Barmaqarası münasibətə elə analoji münasibət bəsləməliyik”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol