• $
  • €
  • ₽
  • ₺
  • £

Ev tikmək istəyənlərin nəzərinə

Ev tikmək istəyənlərin nəzərinə
28.11.2014 16:46
Paytaxtın sürüşmə zonalarının xəritəsi hazırlanıb. Həmin xəritədə paytaxtda aktiv və sakitləşmiş sürüşmə zonaları göstərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Publika.az-a açıqlamasında həmin ərazilər barədə məlumat verib.“Paytaxtda Bayıl, Badamdar, Əhmədli-Günəşli arası, Əhmədli1,2, Qaraçuxur, Zığ 1, 2, Masazır sürüşmə sahələri var. Adıçəkilən sürüşmə sahələrində aktiv, stabilləşmiş və həmçinin tədbirlər həyata keçirilmiş sürüşmə sahələri də mövcuddur”.S.Əmiraslanov onu da vurğulayıb ki, adıçəkilən ərazilərdə tikinti aparılması məqsədəuyğun hesab edilmir: “Sürüşmə sahələrinin xəritəsinin hazırlanmasında məqsəd həmin ərazilərində təsərrüfat işlərinin aparılmasının qarşısını almaqdır. Müəyyən tədbirlər görülmüş sürüşmə sahələrində belə tikinti aparılmasına icazə verilmir. Çünki hansısa təsərrüfat tikintilərinin aparılması sürüşmə sahələrini aktivləşdirə bilər. Hazırda sürüşmə sahələrinin bəzilərində fərdi yaşayış evləri və məqsədli tikintilərin aparılması qeydə alınır. Bu işlər həmin sürüşmə zonalarını daha da aktivləşdirir”.S.Əmiraslanov sürüşmə zonalarının xəritələrinin Nazirlər Kabinetinə, bundan başqa sürüşmə sahələrinin inzibati olaraq yerləşdikləri rayon icra hakimiyyətinə göndərildiyini bildirib. Həmin xəritələrdə sürüşmənin kontur və zonaları əks olunub. O, bütün respublika ərazisinin sürüşmə sahələrinin xəritəsinin hazırlandığını bildirib. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərazilərin xətirələnməsi və xəritələr üzərində sürüşmə sahələrinin konturları müəyyən edilir. İşlərin növbəti ilin əvvəlinə başa çatması planlaşdırılır”.Qeyd edək ki, Baş nazirin birinci müavini Abid Şərifov sürüşmə zonalarında yerləşən torpaq sahələrinin mülkiyyətə verilməsi məhdudlaşdırılacağını bildirib.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol