• $
  • €
  • ₽
  • ₺
  • £

Çalışın, metroda xəstələnməyin – Orda həkim yoxdur

Çalışın, metroda xəstələnməyin – Orda həkim yoxdur
29.11.2014 12:23
Yeraltı nəqliyyatda bədbəxt hadisələr tez-tez baş verir. Düzdür, ölümün cəngindən qurtaranlar olsa da həyatına bu yeraltı dünyada son verənlər az deyil.Əsasən də yay aylarında qeydə alınan özündəngetmələr, nəfəs çatışmazlığı sərnişinlərin vəziyyətini pisləşdirir. Təcili Tibbi Yardım isə hadisə yerinə gələnədək iş-işdən keçmiş olur. Metro stansiyalarda tibbi personalın olmaması metroda ölüm hallarının sayını artırır. Həhayət, belə problemlər metropoliten rəsmilərini müəyyən addımlar atmağa vadar edib.Belə ki, yaxın gələcəkdə metronun hər bir stansiyasında tibbi personal xidmət göstərəcək. Bununla bağlı müzakirələr aparılır. “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a açıqlamasında metronun bəzi stansiyalarında tibbi yardım üçün həkimlərin olduğunu, lakin sərnişinlər üçün xüsusi tibbi personalın olmadığını etiraf edib: “Metronun bəzi stansiyalarında olan həkimlər metro personalı, xüsusən də maşinistlər üçündür. Sərnişinlərə xidmət göstərmək üçün isə xüsusi tibbi personal mövcud deyil. Təbii ki, bütün stansiyalarımızda təcili tibbi yardım üçün çantalar, dava-dərmanlar var. Ehtiyac yarandıqda stansiya personalı bunlardan istifadə edir. Ancaq əsasən həkimə ehtiyacı olanlar üçün təcili tibbi yardım çağırılır. Metro çağırışına təcili tibbi yardım hər zaman vaxtında gəlir. İlkin yardımı stansiya işçiləri göstərir və təcili tibbi yardım əməkdaşları gəldikdə onlara təhvil verilir. Hətta, bəzən vaqonda olarkən belə sərnişinə tibbi yardım lazım olursa, bu barədə maşinistə xəbər verilir və maşinist dispetçerə məlumat verməklə stansiyaya təcili tibbi yardım çağırılır”. Metropoliten rəsmilərinin də sərnişinlər üçün xüsusi tibbi personalın ayrılmasında maraqlı olduğunu deyən N.Paşayev bununla bağlı müzakirələrin aparıldığını bildirib:“Təbii ki, Metropoliten də maraqlıdır ki, bu işlə birbaşa ixtisalaşmış tibbi personal məşğul olsun, ancaq bunun nə vaxt həyata keçiriləcəyini demək çətindir”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol