• $
  • €
  • ₽
  • ₺
  • £

“İntihar körpüsü” nəzarətə götürüldü

“İntihar körpüsü” nəzarətə götürüldü
01.12.2014 14:07
"Polis əməkdaşları "Koroğlu” körpüsündə intihara cəhd hallarını nəzərə alıb sayıqlıqlarını bir az da artırıblar”.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov bildirib.
DİN rəsmisi qeyd edib ki, intihara cəhd hallarının qarşısının alınması məqsədi ilə nazirlik tərəfindən müəyyən tədbirlər görülür:

"Həmin halların qarşısı polis əməkdaşları tərəfindən alınır. Şükürlər olsun ki, həmin intihara cəhd edənlərin heç birisi intihar etməyiblər. Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə tədbirləri ilə həmin halların qarşısı alınır. Həmin ərazidə xidmət aparan bizim post patrul xidmətinin əməkdaşları intihara cəhd amillərinə də diqqət yetirirlər və belə halların baş verməməsi üçün lazımı tədbirlər görürlər. Həmin yer Sabunçu və Nizami Rayon Polis İdarələrinin xidməti ərazilərinə daxildir. Şəhərin hər yerində olduğu kimi orada da bizim aidiyyatlı əməkdaşlarımız sutka ərzində öz xidmətlərini aparırlar. Onlar intihara cəhd hallarını da nəzarə alır və sayıqlıqlarını bir az da artırıblar. Bütün lazımı tədbirlər görülüb”.

DİN-nin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov həmçinin bulvar ərazisində baş verən intihara cəhd hallarına da münasibət bildirib. O, qeyd edib ki, həmin ərazidə də polis əməkdaşları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir:

"Polis və FHN əməkdaşları tərəfindən ora da daxil olmaqla, paytaxtın bütün ərazilərində gecə-gündüz xidmət aparılır. Belə halların baş verməməsi üçün bütün lazımı tədbirlər görülüb”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol