• $
  • €
  • ₽
  • ₺
  • £

Məscid yandıranların şok planları açıldı - Foto

Məscid yandıranların şok planları açıldı - Foto
02.12.2014 10:07
Qaraçuxur məscidini yandırmağa görə həbs edilən PKK simpatizanları haqda müxtəlif xəbərlər gəlməkdədir.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, kürd terror təşkilatının Azərbaycanda "Yekbun” adlı qruplaşmasının məqsəd və məramları olub.

Belə ki, "Yekbun” həmtəsisçiləri - Kamil Nəsibov və Elnur Ələkbərovun təşkilatı yaradarkən əvvəlcədən planları olub. Onlar gələcəyə hesablanan ideoloji bir strategiya götürüblər.

Xəbərə görə, təşkilat rəhbərliyi xəritədə dəyişiklik etmək, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilanın Kürdüstanın tərkib hissəsi olduğunu təbliğ niyyətində olublar. Eyni zamanda, "Bakur”, "Başur”, "Rojhilat”, "Rojava” kimi təşkilatların Azərbaycanda yaşayan kürdlərə dəstək verərək "müstəqillik" yolunda birlik təşkil etməsini hesablayıblar. "Yekbun” rəhbərliyi bununla fəaliyyət çərçivəsini məhdudlaşdırmayıb. Onların proseslərin gedişində güclənərək Azərbaycan parlamentində kürd fraksiyası yaratmaq, media bazarına girmək, kürd iş adamlarını bir mərkəzdə toplamaq və mütəşəkkil bir hala gətirilmək planları qurulub. Məlumatda o da deyilir ki, onlar Kobanidə döyüşmək üçün kürd gənclərini hazırlamaq niyyətində olublar. Lakin Qaraçuxur məscidindən başladıqları ilk cəhddən layihə uğursuzluğa düçar olub və hüquq-mühafizə orqanları cinayəti təsbit ediblər.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar.
 
 
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol