• $
  • €
  • ₽
  • ₺
  • £

Ortaq Türk Telekanalı yaradılacaq

Ortaq Türk Telekanalı yaradılacaq
28.05.2020 23:37
"Eurasia Life” adlı kanal həm ingilis, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərəcək

 "Ortaq Türk Telekanalı yaradılır, bununla bağlı artıq qərar verilib, televiziyanın struktur layihəsi hazırlanıb”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının Bakıda keçirilən iclasında Türk Şurasının layihə direktoru Zamin Əliyev deyib.
 
 
O qeyd edib ki, bu təşəbbüs bu ilin iyun ayında türkdilli ölkə başçılarının Bodrumda keçirilən zirvə görüşündə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürüldükdən sonra koordinasiya qrupu yaradılıb: "Bu il oktyabr ayının sonunda koordinasiya qrupunun iclasında kanalın yaradılması barədə qərar qəbul olundu. Kanalın strukturu İdarə Heyətindən, Direktorlar Şurasından və redaksiya heyətindən ibarət olacaq. Telekanal həm ingilis, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərəcək. Telekanal "Al Jazira”, "Euronews” kimi beynəlxalq status daşıyacaq. Hazırda sınaq yayımları gedir və tezliklə telekanal fəaliyyətə başlayacaq”.

O qeyd edib ki, kanalın adı "Eurasia Life” kimi qəbul olunsa da, adın dəyişdirilməsi də mümkündür.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol