• $
  • €
  • ₽
  • ₺
  • £

Əlillərin işləməsi üçün xüsusi müəssisələr yaradılacaq

Əlillərin işləməsi üçün xüsusi müəssisələr yaradılacaq
03.12.2014 15:40
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin məşğulluğu ilə bağlı hazırda iki istiqamətdə işlər görür.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

"Qanunvericiliklə müəssisələrdə işçilərin müəyyən hissəsinin sağlamlıq imkanları məhdud şəxslərin olması tələb olunur. Artıq bu sahədə nəzarətin artırılması barədə nazirlik Dövlət Əmək Müfəttişliyinə xüsusi göstəriş vermişik. Yaxın vaxtlarda bunun təsirli nəticələrini ictimaiyyət görəcək. Bütün bunlarla yanaşı, biz bu kvotanın artırılmasına nail olmaq istəyirik. Əmək qanunvericiliyi və "Məşğulluq haqqında” Qanuna dəyişiklərin edilməsi istiqamətində işlər aparırıq. Bundan başqa, hazırda qüvvədə olan qanunvericiliyin tələblərini pozan işəgötürənlərə qarşı tətbiq olunacaq cərimələrin artırılması təklif edəcəyik”, - deyə nazir bildirib.

Kvotanın artırılması ilə yanaşı, S. Müslümov əlillər üçün xüsusi müəssisələrin yaradılmasını təklif edir: "Bazar iqtisadiyyatında bu cür iş yerlərində istehsal olunan məhsulların bazarda satılma imkanları məhdud olur. Ona görə də, bu tip müəssisələrdə istehsal olunan məhsullar müəyyən rəqabət imkanlarına malik olmalıdır. Bu istiqamətdə də müəyyən tədbirlərin həyata keçirilməsi vacib olacaq”.

Nazir onu da bildirib ki, qurum hazırda sağlamlıq imkanları məhdud olan insanların işlə təmin olunması istiqamətində böyük işlər həyata keçirir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol