• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlərin yeni kəşfi

Alimlərin yeni kəşfi
03.12.2014 22:11
Azərbaycan alimləri işıqlandırmada istifadə olunan göy işıq diodları üçün yeni effektiv şüalanan lüminessent materiallar əldə ediblər. Bu materiallar mövcud işıq diodları ilə kombinasiya edildikdə müxtəlif rəngdə işıq mənbələri yaratmaq olur.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun baş elmi işçisi, akademik Bahadır Tağıyev deyib.

Onun sözlərinə görə, göy işıq diodlarının üzəri əldə olunan yeni materialla örtüldükdə göy rəng materialların rəngindən asılı olaraq həmin materialın rəngində işıqlanır: "Qırmızı maddə çəkdikdə diod qırmızı rəngdə işıqlanır, ağ rəng çəkdikdə isə ağ rəngdə işıqlanır”.

Göy işıq diodlarının işıqlandırma üçün istifadə olunan digər lampalardan daha üstün olduğunu deyən B.Tağıyev bildirib ki, közərmə lampalarında elektrik enerjisinin 90 faizi istiliyə sərf edilir, yalnız 10 faizi işığa çevrilir. Göy işıq diodları isə az enerji sərf edır və onlar ekoloji cəhətdən təmiz və bərpa olunandır: "Adi közərmə, lüminessent, ion lampası xarab olur, yanırsa, onu atırsan. Amma bu lampalar elə keyfiyyətlərdən uzaqdır. Bu lampalarda kontaktı yenidən bərpa etmək mümkün olur. Digər tərəfdən, onların həcmi kiçikdir, tətbiq olunan gərginlik 3-5 volta qədərdir. Küçələrdə bunlardan istifadə etməklə nə qədər enerjiyə qənaət etmək olar”.

Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini Cavad Abdinov isə Trend-ə bildirib ki, ilk dəfə olaraq, mürəkkəb yarımkeçirici birləşmələr əsasında ağ işıq mənbələri yaradılıb. Artıq bu kəşf patentləşdirilib və bu barədə xarici ölkələrin jurnallarında məqalələr dərc edilib: "Yaxşı olardı ki, respublikada bu işıq mənbələrini istehsal edən zavod olsun".

Direktor müavini qeyd edib ki, adi közərmə lampalarında ağ işığı almaq üçün insan orqanizmi, canlılar üçün lazım olan Günəş şüalarının 7 rəng elementindən istifadə edilib. Amma lüminessent işıqlarda ağ işığı almaq üçün Günəş elementinin 3 rəng elementindən istifadə edilir. Qalan 4 rəng elementinin olmaması isə canlılar üçün müəyyən ziyanlı nəticələrə gətirib çıxarır: "Çünki canlı aləmdə hər rəng elementinin öz funksiyası var. Məsələn, qırmızı rəng istilik effekti verir, ultrabənövşəyi şüa mikrobları öldürür. Göy diodlarda isə Günəşin 7 rəng elementinin hamısı var”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol