• $
  • €
  • ₽
  • ₺
  • £

Xoşbəxtliyinizi boşqablarınızda da axtarın - Məsləhətlər

Xoşbəxtliyinizi boşqablarınızda da axtarın - Məsləhətlər
04.12.2014 12:49
İnsan özünü dərk edəndən xoşbəxt olmağa, həyatında daha çox xoşbəxt anlar yaşamağa çalışır.
 
Təbii ki, xoşbəxt olmaq hər insanın haqqıdır. Əgər bacarırsa, ona nail ola bilirsə. Kimi xöşbəxtliyini öz sevgisində, kimi peşə karyerasında, kimi var-dövlətdə, kimisi insanlarla münasibətdə axtarır. Hərə öz düşündüyü qədər, öz arşınına görə. Bunlarla yanaşı xoşbəxtliyi axtarmağın bir yeri də var. O, bizim boşqablarımız, orda olan qidalardır.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bəzi qida məhsulları var ki, onlar təbii antidepressant olaraq orqanizmdə xoşbəxtlik hormonları istehsal edir. Əgər siz də xoş əhvala, xoşbəxtliyə doğru daha bir addım atmaq istəyirsinizsə belə qidalardan müntəzəm istifadə edin.

1.Mütəxəssislərin fikrinə görə xoşbəxtlik hormonunu yaradan qida məhsulları sırasında ilk yerlərdən birini pendir tutur. Pendirin tərkibində olan L-fenilalanin və triptofanın sayəsində endorfinin səviyyəsi artır ki, bu da insanda xoşbəxtlik və məmnunluq hissini artırır.

2.Banan triptofan mənbəyidir. Məlum olduğu kimi triptofan çox vaxt xoşbəxtlik hormonu kimi adlandırdığımız serotonin hormonunun istehsalını aktivləşdirir. Həmçinin bananın tərkibində olan mineral və vitaminlər sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərərək orqanizmin stressə və gərginliyə qarşı müqavimətini gücləndirir.

3.İspanaq orqanizm üçün vacib olan vitaminlərlə zəngin olmaqla yanaşı həm də fol turşusunun təbii mənbəyidir. Fol turşusu sinir sisteminin normal fəaliyyəti üçün mühüm rol oynayır. O cümlədən fol turşusu ilə zəngin olan qida məhsulları serotonin hormonunun istehsalını artırır ki, bu da öz növbəsində xoş əhvalın yaranmasına səbəb olur. Fol turşusunun orqanizm tərəfindən yaxşı mənimsənilməsi üçün onu tərkibi dəmirlə zəngin olan qida məhsulları ilə birgə istifadə etmək məsləhət görülür.

4.Dazıotu və ya qoyunqıran (zveroboy) bitkisindən dəmlənmiş çayı ən yaxşı antidepressantlardan biri saymaq olar. Onun tərkibində olan hiperforin və hiperisin əhvala müsbət təsir göstərir, narahatlıq hissini aradan qaldırır, depressiyanı müalicə edir. Hələ qədim zamanlardan bu  bitkidən pis ruhlara qarşı mübarizədə istifadə ediblər.

5.Balıq həmişə süfrələrimizi dadlı və faydalı qida məhsulu kimi bəzəyib. Xüsusilə yağlı balıqlar orqanizm üçün çox vacib olan omeqa 3 yağ turşuları ilə zəngindir. Alimlər sübut ediblər ki, saysız-hesabsız faydaları olan omeqa 3 orqanizmin stressə və depressiyaya qarşı müqavimətini artırır, vaxtsız qocalmanın qarşısını alır.

6.Avokado gümrahlıq və enerji mənbəyidir. Bu tropik meyvə zəngin tərkibi ilə orqanizm üçün olduqca faydalıdır. Ürəyin fəaliyyətinə müsbət təsir göstərən avokado əhvalı yaxşılaşdırır, opqanizmi gümrahlaşdırır, stress və yorğunluğu aradan qaldırır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq arabir xoşbəxtliyinizi boşqablarınızda da axtarın.
 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol