• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeronda oğurluq anbaan kameralara düşdü - VİDEO

Abşeronda oğurluq anbaan kameralara düşdü - VİDEO
04.12.2014 10:11
Abşeron rayon sakini Firdovsi Quliyevə məxsus mağaza qarət olunub.

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, ailəsini bu mağaza ilə dolandırdığını deyən zərərçəkən, hadisənin səhər saatlarında törədildiyini deyir.

Oğurluğa gələn şəxs əvvəlcə mağazanın əsas qapısını açmağa çalışıb. Lakin buna nail ola bilməyincə obyektin binanın tinində olan pəncərəsini mişar daşı ilə qırıb içəri daxil olub. Mağazanı qarət edən şəxsin görüntüləri isə anbaan mağazadakı kameranın yaddaşına həkk olunub.

Zərərçəkənin iddiasına görə, bu hadisəni törətmək tək adamın işi deyil. Üzünü xüsusi maska ilə gizlədən şəxs çox rahatlıqla obyektdə gəzir və özünü kameradan yayındırmağa çalışır. Amma sonda izi itirmək məqsədilə kameraya müdaxilə etməyə cəhd edir.

Mağazanı qarət edən naməlum şəxs daha sonra müşahidə kameralarının bazasını axtarmağa çalışıb. Lakin bazanı tapa bilməyən həmin şəxs onu qırmağa çalışıb.

15-20 dəqiqə ərzində mağazada var-gəl edən naməlum şəxs obyekt sahibinə məxsus bir xeyli texnika aparmağa müvəffəq olub.

Zərərçəkən Firdovsi Quliyev deyir ki, 17 ədəd noutbuk və bir neçə ədəd səs gücləndirici yoxdur, ümumilikdə 7 min manat ziyan vurulub.

Məlum oğurluq faktı ilə bağlı Abşeron Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Obyektə quraşdırılan kamera görüntüləri də istintaqa təhvil verilib. Şöbədən aldığımız məlumata görə, hazırda həmin oğurluq cinayətilə bağlı əməliyyat istintaq qrupu yaradılıb. Odur ki, Firdovsi Quliyev ümidini üzmədən polislərdən gələcək şad xəbəri gözləməlidir.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol