• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda krişnaçılara içirilən sirli maye və maliyyə gizlinləri

Bakıda krişnaçılara içirilən sirli maye və maliyyə gizlinləri
04.12.2014 11:20
Bakıda krişnaların mərkəzi fəaliyyətdədir.

Bu qeyri-ənənəvi təriqətin üzvləri metronun "Qara Qarayev” stansiyası yaxınlığındakı həyət evlərindən birində gizli şəkildə toplaşırlar.

Axar.az xəbər verir ki, krişnaların "Bakı şüuru” adlı dini icması da mövcuddur.

Onlar icmaya toplaşıb, burada müxtəlif ayinlər həyata keçirir, çıxışları dinləyir, sonra Krişnadan mərhəmət umurlar. Krişnalar tədbirlərində Tanrını çağıraraq oynayırlar. Əldə etdiyimiz məlumata görə, krişnalar qapalı olmağa, zahidanəliyə üstünlük verirlər. Amma bir neçə il əvvəl onların icmasından reportajlar hazırlanıb.

Mətbuatda yayılan bəzi məlumatlara görə, cəmiyyətə üzv olmaq istəyənlərə əvvəlcə bihuşedici bir içki içirdilir, beyin dumanlandıqdan sonra qadınlarla kişilər bir otaqda qəlyan çəkirlər. Krişna tərəfdarlarının həyat tərzi çox sərtdir. Onlar ət, balıq yeyə bilməz.

Qohumlarla, dostlarla əlaqələr çox nadir hallarda baş verir. Krişnanın şəxsi mülkü ola bilməz. Krişnaçılar Hindistandan gətirilmiş palçıqdan bədənlərinə hər gün 13 işarə vururlar. Sektada insanların təsir altına alınması bundan ötrü seçilmiş kodlardan istifadə edilməklə həyata keçirilir. Kodlaşdırma həm maddi, həm də qeyri-maddi formada aparılır.

Məlumata görə, cəmiyyətin kifayət qədər ianəsi var. Hər bir üzv qazancının 50 faizini könüllü olaraq cəmiyyətin fonduna təhvil verir. Cəmiyyətdə baş vermiş fırıldaqlara qarşı amansız təqiblər həyata keçirilir. Krişna cəmiyyətinə üzv olanlar bu sektadan ayrıla bilmirlər. Xatırladaq ki, iki il əvvəl Bakı çayxanalarında krişnalığı təbliğ edən bir şəxs saxlanılmışdı.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol