• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəzərinə

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəzərinə
04.12.2014 13:51
Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qaydaları sərtləşdirilir.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdən bildirilib ki, bu barədə məsələ Azərbaycan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Məcəllənin 80.2 maddəsinə təklif edilən dəyişikliyə əsasən, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, onlar müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanması mərkəzlərində yerləşdirilir.

Movcud qanunvericilikdə isə tələb daha yumşaq formada qoyulur. Yəni mövcud qanunvericilikdə eyni maddədə göstərilir ki, Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçıran əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarına əsasən tutulur və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılanadək qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanması mərkəzinə yerləşdirilir.

Yəni yeni təklif edilən dəyişikliklərdə yalnız konkret olaraq boyun qaçırma zamanı deyil, eyni zamanda boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər saxlanılır. Qeyd edək ki, dəyişikliklər Milli Məclisin dekabrın 16-da keçiriləcək növbəti plenar iclasının müzakirəsinə tövsiyə edilib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol