• $
  • €
  • ₽
  • ₺
  • £

"Ramiz Mehdiyevin məqaləsi bəzi QHT və donorlara ciddi nəticə çıxarmaları üçün vacib xəbərdarlıqdır"

"Ramiz Mehdiyevin məqaləsi bəzi QHT və donorlara ciddi nəticə çıxarmaları üçün vacib xəbərdarlıqdır"
04.12.2014 21:26
"Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsində dünyanın geosiyasi güclərinin vətəndaş cəmiyyəti institutları vasitəsilə müxtəlif dövlətlərin "mədəni” işğalı məqsədi ilə həyata keçirdiyi çoxşaxəli siyasət hərtərəfli, mükəmməl analiz edilib”. 

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

Məqalədə toxunulan məsələlərin obyektiv gerçəklik olduğunu bildirən Şura sədri göstərilən faktlarla tamamilə razı olduğunu bildirib.

A.Quliyevin sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına dövlət qayğısının, bu sahəyə ayrılan maliyyənin həcminin hər il artırılmasına baxmayaraq, hələ də bir sıra xarici dövlətlərin maraqlarının ifadəçisi missiyasından əl çəkməyən, milli təhlükəsizliyimizə təhlükə törədə biləcək fəaliyyətlərin obyekti olan QHT-lər mövcuddur: "Prezident Administrasiyasının rəhbəri haqlı olaraq məqalədə qeyd edir ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində Azərbaycan hökuməti davamlı siyasət həyata keçirir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Şuranın yerli QHT-lərə müxtəlif mövzu istiqamətləri üzrə ayırdığı maliyyənin həcminin ötən illər ərzində artım dinamikası da bu siyasətin göstəricisidir. Belə ki, 2008-ci ildə Şura tərəfindən yerli QHT-lərin layihələrinə 1.2 milyon manat vəsait ayrılmışdısa, 2014-cü ildə bu rəqəm 4 milyon manat olub. Məqalədə göstərildiyi kimi, Şura 2008-ci ildə insan hüquqları və demokratiya sahəsində 20 layihəyə 166 min manat məbləğində maliyyə ayırmışdısa, artıq 2013-cü ildə belə layihələrin sayı 46-ya, onların büdcəsinin ümumi həcmi isə 543 min manata çatıb. Bütün bunlar Azərbaycan dövlətinin demokratik dəyərlərin, insan hüquqlarının təminatı, xüsusilə vətəndaş sektorunun inkişafı sahəsində nümayiş etdirdiyi siyasi iradənin nəticəsidir".

Şura sədri qeyd edib ki, hələ də xarici donorların bir sıra QHT-lərə nağd pul verməsi, onları Azərbaycanın beynəlxalq aləmdəki imicini ləkələməyə xidmət edən hesabatlar hazırlamağa, dövlətin konstitusion quruluşunu zorakılıqla dəyişmək istiqamətində fəaliyyətə sövq etməsi kimi çoxsaylı hüquqazidd halların mövcudluğu təəssüf doğurur: "Belə faktlar yetərincədir və heç kimə sirr deyil ki, "beşinci kolon”a çevrilən bu cür qurumlar Qərb dairələrinin siyasi maraqlarının ifadəçiləridir”.

A.Quliyevin sözlərinə görə, R.Mehdiyevin məqalədə qeyd etdiyi çoxsaylı faktlar bu durumu tam çılpaqlığı ilə aşkara çıxardır: "Misal üçün "Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi bir neçə il ərzində xarici donorlardan 9 qrant sazişi üzrə təqribən 358 min manat alıb. Lakin qanunvericiliyimizin tələbləri pozularaq bu sazişlərdən yalnız ikisi qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilib. "Sülh və Demokratiya İnstitutu”nun fəaliyyəti haqqında da eyni fikirləri söyləmək olar. Bu institutun rəhbəri Leyla Yunus "Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” QHT-nin təsisçisi olmadığı halda məhz bu təşkilatın hesablarından müxtəlif valyutalarda iri məbləğlər çıxararaq onlardan şəxsi məqsədləri üçün istifadə edib. Yalnız təəssüflənmək olar ki, xarici QHT-lərin Azərbaycandakı filialları və nümayəndəlikləri çox vaxt milli qanunvericiliyin tələblərini və beynəlxalq hüquq normalarını pozurlar”.

Şura sədri Prezident Administrasiyasının rəhbəri, akademik R.Mehdiyevin məqaləsini bəzi QHT və donorlara ciddi nəticə çıxarmaları üçün vacib xəbərdarlıq kimi qiymətləndirib.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol