• $
  • €
  • ₽
  • ₺
  • £

Tərcüməçilərin elektron bazası yaradılacaq

Tərcüməçilərin elektron bazası yaradılacaq
04.12.2014 21:59
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası dekabrın 7-dən etibarən yeni üzvlərin qəbulu və cari üzvlərinin akkreditasiyası prosesinə başlayacaq.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, Assosiasiyadan bildiriblər ki, yeni üzvlərin qəbulu iki mərhələdə keçiriləcək. İlkin mərhələdə 18-30 yaşlı gənc, sonrakı mərhələdə isə 30 yaşdan yuxarı tərcüməçilərin akkreditasiyası həyata keçiriləcək. Peşəkarlıq dərəcəsindən asılı olaraq, tərcüməçilər 3 kateqoriya (A, B, C) üzrə təsnif ediləcək və hər kateqoriyada tərcümənin şifahi-ardıcıl, şifahi-sinxron və yazılı tərcümə qollarından biri və ya bir neçəsi üzrə akkreditə olunacaqlar.

Akkreditasiyadan keçməyən tərcüməçilər də kənarda qalmayacaqlar. Onlar müşahidəçi üzv kimi qeydiyyata düşəcək və müəyyən edilmiş aralıqdan sonra təkrar imtahan verərək akkreditə olunacaqlar. Sonrakı müraciət yalnız ilk müraciətdən bir il sonra edilə bilər.

Akkreditasiyadan keçmiş tərcüməçilər haqqında məlumatlar həm də təşkilatın saytında yerləşdiriləcək elektron bazaya daxil ediləcək. Bu yolla, işəgötürənlər və sifarişçilər tərcüməçilərlə birbaşa əlaqə saxlaya biləcək, eyni zamanda hər hansı tərcüməçinin AGTA tərəfindən akkreditə olunub-olunmadığını öyrənə biləcəklər.

Prosesin ilkin mərhələsinin qarşıdakı ilin fevral ayına qədər davam etməsi planlaşdırılır.

Qeyd edək ki, AGTA 2014-cü ilin avqust ayından Beynəlxalq Tərcüməçilər Federasiyasının tamhüquqlu üzvüdür. AGTA-nın sədri İsmayıl Cəbrayılov həmin vaxtdan etibarən həm də Beynəlxalq Tərcüməçilər Federasiyası Şurasının üzvüdür.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol