• $
  • €
  • ₽
  • ₺
  • £

Qərib Məmmədov: Cərimələr artırılsın

Qərib Məmmədov: Cərimələr artırılsın
05.12.2014 12:50
Son dövrlərdə mütəxəssislərimizin yerlərdə apardıqları araşdırmalardan və monitorinqlərdən, eləcə də Komitəyə daxil olmuş məlumatlardan məlum olub ki, torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətlərinə verilmiş kənd təsərrüfatına yararlı torpaq sahələrinin və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları qanunsuz zəbt olunaraq orada ayrı-ayrı fiziki, hüquqi və vəzifəli şəxslər tərəfindən (təyinatı özbaşına dəyişdirilərək) fərdi yaşayış evləri, sahibkarlıq obyektləri, istirahət zonaları və s. tikililər aparılır.

APA-nın məlumatına görə, bu sözləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Komitə sədri kənd təsərrüfatına yararlı torpaqlarda fərdi evlərin tikilməsinin səbəblərindən biri kimi bu sahədə olan cərimələrin aşağı olmasını göstərir:

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi üçün cərimə hədləri aşağı olduğundan həmin halların qarşısının alınmasında çətinliklər yaranır. Komitənin mütəxəssisləri tərəfindən 2013-cü il üzrə respublika ərazisində 422 qanunvericiliyin pozulması halları aşkar edilib, bundan 150 hal üzrə 15372 manat məbləğində inzibati cərimə tətbiq edilib”.

Odur ki, qiymətli kənd təsərrüfatı torpaqlarının zəbt olunaraq, onlardan qanunsuz istifadə edilməsinin qarşısının alınması məqsədilə mövcud qanunvericilik aktlarının sərtləşdirilməsi, bu istiqamətdə yeni qanun layihəsinin hazırlanması məqsədəmüvafiq hesab olunub, deyə, komitə sədri vurğulayıb.

Qərib Məmmədov qeyd edir ki, Kənd təsərrüfatına yararlı torpaqların özbaşına tutulmasına görə cərimələrin artırılmağı üçün Nazirlər Kabinetinə müraciət olunub.

"Bu məqsədlə Torpaq Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində torpaqların o cümlədən kənd təsərrüfat təyinatlı torpaqların qeyri kənd təsərrüfatı məqsədləri üçün özbaşına tutulması, təyinatının dəyişdirilməsi, münbitliyinin aşağı salınması halları  ilə bağlı cərimələrin miqdarının (sanksiyasının) artırılması məqsədilə Komitə tərəfindən müvafiq qanun layihələri hazırlanıb, həmin qanun layihələri aidiyyəti Mərkəzi İcra Hakimiyyəti orqanları ilə  razılaşdırılaraq  Nazirlər Kabinetinə təqdim olunub”.

Onun sözlərinə görə, sərtləşdirilmiş sanksiyalar öz əhəmiyyətini göstərəcək:

"Hesab edirik ki, müvafiq qanunlarla tənzimlənəcək torpaq üzərində hüquqların pozulması, xüsusən də kənd təsərrüfatı torpaqların keyfiyyətinin pisləşdirilməsinə eləcə də dövriyyədən çıxarılmasına yönəldilən bu hərəkətlərin qarşısının alınmasında sərtləşdirilmiş sanksiyalar özünəməxsus xüsusi əhəmiyyət kəsb edəcək”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol