• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA alimləri tələb edir

AMEA alimləri tələb edir
05.12.2014 19:42
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri onlara əməkhaqqının verilməsi zamanı stajin da nəzərə alınmasını və stajdan asılı olaraq aylıq əməkhaqqına əlavələrin verilməsini istəyirlər.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, AMEA-nın Fizika İnstitutunun direktor müavini Cavad Abdinov bildirib ki, ali təhsil müəssisələrinin işçilərinin əməkhaqları hesablanan zaman onların stajları da nəzərə alınır və buna uyğun olaraq onlara əməkhaqqına əlavələr ödənilir. Universitetlərdə staja görə əlavələr 5 ildən başlayaraq nəzərə alınır. Ali məktəblərdə staja görə ən yüksək əlavə 20 ildən çox stajı olan, elmi adı olan şəxslərə verilir. Universitetdə çalışan 20 ildən çox stajı olan professorlara hər ay 120, dosentlərə isə 100 manat aylıq əlavə pul verilir.

C.Abdinov qeyd edib ki, Sovet dövründə bütün alimlərə, o cümlədən akademiya sistemində çalışan alimlərə stajdan asılı olaraq əlavə pul verilsə də, keçid dövründə bu sistem tətbiq edilmədi. Ancaq bir neçə il əvvəl universitetlərdə çalışanların stajlarının nəzərə alınmasına başlanılıb.

Universitet və AMEA-da çalışan elm adamları arasında fərqin qoyulmasını düzgün saymayan C.Abdinov deyib ki, universitetdə çalışan professor və dosentlər kimi, onlara da staja görə aylıq əlavə pul verilməlidir. Bu məsələnin gündəmə gətirilməsi üçün institut rəhbərliyi təkliflər hazırlayaraq AMEA Rəyasət Heyətinə müraciət edəcək. AMEA isə öz növbəsində, bu məsələni müvafiq qurumlar qarşısında qaldırmalıdır.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə Trend-ə bildirib ki, "Elm haqqında” qanun layihəsi qəbul olunduqdan sonra elm adamları arasında olan belə fərqlər aradan qalxacaq və AMEA sistemində çalışan alimlərin də bu problemləri həll ediləcək: "Yeni "Elm haqqında” qanun layihəsində yalnız bu məsələ deyil, digər məsələlərlə bağlı da bəndlər var. Bu layihədə bütün ayrı-seçkiliklər aradan götürülür. Universitetdə çalışan pedaqoji kadrlarla AMEA sistemində çalışan elmi işçilər arasında heç bir fərq qolyulmur. Bu qanun qəbul edildikdən sonra problemlər həll ediləcək”.

Ş.Hacıyev bu qanun layihəsinin yaxın 1 həftə ərzində MM-nin müvafiq komitəsində müzakirəyə başlanılacağını da söyləyib.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol