• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyinə və Prezidentə müraciət edildi

Müdafiə Nazirliyinə və Prezidentə müraciət edildi
05.12.2014 18:30
"İlqar Bağırovun qəhrəmanlığının qiymətləndirilməsi şəhər sakinlərinin vətənpərvərlik ruhuna yüksək təkan olacaq"

 Ukraynanın İrpen şəhərinin meri və şəhər soveti bu şəhərin sakini, ölkənin şərqində gedən döyüşlərdə qəhrəmancasına həlak olan kapitan Bağırov İlqar Saleh oğluna Milli Qəhrəman adının verilməsi üçün Müdafiə Nazirliyinə və ölkə prezidentinə rəsmi müraciət edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini, İrpendəki Azərbaycan diasporunun rəhbəri Namiq Quliyev bildirib ki, şəhər meri Vladimir Karplyukun imzası ilə göndərilən müraciətdə Müdafiə Nazirliyinin xüsusi 11-ci batalyonunun azərbaycanlı komandir müavini İ. Bağırovun qəhrəmanlığının qiymətləndirilməsi xahiş olunub, bildirilib ki, veriləcək bu qiymət şəhər sakinlərinin vətənpərvərlik ruhuna yüksək təkan olacaq.

N. Quliyev qeyd edib ki, meriyadan və şəhər sovetindən onlara göndərilən rəsmi məktubda deyilir ki, göndərilən müraciət müsbət qarşılanıb və tezliklə baxılacağı bildirilib: "Kiyevdəki hazırkı siyasi və ictimai rəy də tezliklə İlqara Milli Qəhrəman adının verilməsinin tərəfdardır. Ona görə də tezliklə ona bu adın verilməsi realdır”.

Qeyd edək ki, İ. Bağırov 1970-ci il mayın 12-də Bakıda anadan olub.

Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İ. Bağırov ölkənin şərqində döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11 batalyona kəşfiyyat üzrə komandir müavini təyin edilib. Bu il sentyabrın sonlarında Luqansk vilayətinin Debaltsevo şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb. Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb.

Naməlum şəxslər tərəfindən meyiti tapılaraq elə həmin yerdə dəfn olunub. Bir müddət əvvəl isə Ukrayna Ordusu onun meyitinin yerini öyrənib, həmin ərazidən çıxararaq İrpenə gətirib.
 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol