• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda çoxmərtəbəli binada yanğın

Bakıda çoxmərtəbəli binada yanğın
08.12.2014 09:12
Bakının Nizami rayonunda yanğın hadisəsi baş verib.

 Hadisə Elşad Süleymanov küçəsindəki 12 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində qeydə alınıb. Binada təmir işləri aparılan mənzillərdən birində qəfildən yanğın başlayıb. Bina sakinlərinin verdiyi məlumata görə, mənzildə yaşayış olmayıb. Mənzil sahibləri təmir bitəndən sonra yeni evlərinə köçməyi planlaşdırırlarmış. Amma qəfil yanğın onların bu planına mane olub.

Hadisə yerinə FHN-in dövlət yanğından mühafizə xidmətinin Nizami rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının qonşu mənzillərə keçməsi təhlükəsi olduğundan Sabunçu rayon yanğından mühafizə hissəsindən də əlavə qüvvələr köməyə göndərilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 87 kv.m olan 2 otaqlı mənzildə 20 kv.m sahədə əşyalar yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğının səbəbinə gəlincə, ilkin ehtimala görə, bədbəxt hadisə mənzildə işləyən ustaların diqqətsizliyi üzündən baş verib. Belə ki, ustalar evdə propan qazı ilə işləyən sobadan istifadə ediblər. Yanğının da sobadan başladığı bildirilir. Amma dəqiq səbəblər aparılan araşdırmalardan sonra məlum olacaq.//Anspress
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol