• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt yolunda aksiya

Bakı-Sumqayıt yolunda aksiya
08.12.2014 12:32
Bakı-Sumqayıt yolunda sakinlər etiraz edirlər.

Bu barədə sakinlər ANS PRESS-in "Qaynar xətti”nə müraciət ediblər. Müraciətdə bildirilir ki, Ceyranbatan qəsəbəsinin sakinləri tez-tez ölümlə nəticələnən yol qəzalarına etiraz olaraq yolu bağlamaq istəyirlər.

Nurəddin Gəncəli adlı şikayətçi bildirib ki, Ceyranbatan yolunda, "Yaşıl dərə” və Ceyranbatan bağları adlanan ərazidə ara-sıra piyada vurulmaları olur. Bütün hallarda qəzalar ölümlə nəticələnir.

"Dünən də 21 yaşlı gənci maşın vurub öldürüb. Səbəbi isə həmin ərazidə piyda keçidinin olmamasıdır. Camaat yığılıb, istəyirlər ki, Bakı-Sumqyıt trasını bağlasınlar. Bəlkə bizim dədimizə əlac tapan oldu”, - deyə Nurəddin Gəncəli bildirib.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında etirazın əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, Ceyranbatan qəsəbəsinə gedən ərazidə piyada keçidi var. Lakin qeyd olunan ərazidə yaşayanların yolu qəsəbə içərisindədir.

"Həmin yolda sürət 120 km.dir. Yollarda dəmir arakəsmələr var. Bu səbəbdən də, həmin ərazidə piyadalar üçün yol qoyulmaq təhlükəlidir. Orada yaşayanlar qəsəbənin içərisilə gedib-gəlməlidir. İndi kimsə yolunu tezləşdirmək istəyir. Bu onların problemidir”, - deyə Kamran Əliyev bildirib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol