• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA yerli serialların dilini yoxlayacaq

AMEA yerli serialların dilini yoxlayacaq
08.12.2014 14:24
"Azərbaycan telekanallarında yayımlanan serialların dili ilə bağlı monitorinq aparılacaq”.

Azvision.az-a açıqlamasında bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, monitorinqlər gələn ilin mart ayından başlanacaq: "Serialların dili ilə bağlı monitorinq aparılacaq. Çünki bu çox ciddi məsələdir. Hazırda seriallara çox adam baxır və onların təsir imkanları var. Seriallarda dil materialı necə işlənir, dialoqlar necə qurulur, intonasiya hansı səviyyədədir və s. Bunların hamısı şifahi dilə daxildir və eləcə də kino dilinə verilən xüsusi tələblər var. Bundan sonra görəcəyik ki, bunlara necə əməl olunur? Hesab edirəm ki, mart ayından sonra bu monitorinqlər aparılacaq”.

Q.Məhərrəmli bildirib ki, Monitorinq şöbəsinin gücü çox da böyük olmadığı üçün indi serialların monitorinqi aparılmır.

"Monitorinq şöbəsinin gücü çox böyük deyil. Bu dəqiqə şöbə çox gərgin işləyir. Eyni zamanda bizim resurslarımız kifayət etmir ki, paralel olaraq bir neçə istiqamətdə monitorinq aparaq. Amma digər monitorinqlərimizlə yanaşı serialların dili ilə bağlı monitorinq aparılmasını biz planlaşdırırıq. Bunun üçün suallar hazırlanır. Çünki serialların dili ilə bağlı ilk dəfədir ki, biz monitorinq aparırıq. Ona görə də bu yüksək səviyyədə hazırlanmalıdır ki, bu sahədəki dil mənzərəsini ortaya çıxarda bilək”, - deyə Qulu Məhərrəmli əlavə edib.
 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol